Tarix: 10-12-2025 10:34 | Bölmə: İqtisadiyyat

İsveçrənin Alp dağlarında tikilməsi nəzərdə tutulan 260 metrlik göydələn planı yenidən gündəmə gəlib və böyük narazılıqla qarşılanıb.
Reyting.az xəbər verir ki, İsveçrədə dünyaca məşhur turizm bölgəsi kimi tanınan Sermatt şəhərində tikilməsi planlaşdırılan və ərazisi müəyyənləşdirilən 260 metrlik göydələnlə bağlı təklif dövlət səviyyəsində, eyni zamanda cəmiyyətdə çox böyük mübahisəyə səbəb olub.
Məlumata görə, bu şəhərin 6 minlik əhalisi qış aylarında təxminən 40 min nəfərədək artır, lakin problem yenə də həll edilməmiş qalır, çünki burada əlçatan mənzillərin sayı azdır ki, bu da insanlarda narazılıqlar yaradır.
Bu problemi tam həll etmək üçün təşəbbüs göstərən yerli otel sahibi və memar Haynts Yulen müəllifi olduğu yeni və cəlbedici "Pik Lina" adlı göydələn layihəsini təqdim edib. Layihədə yerli sakinlərlə bərabər, mövsümi işçilər üçün rahat mənzillər, üst mərtəbələrdə isə zəngin xarici investorlar üçün apartamentlərin nəzərdə tutulduğu bildirilir.

Lakin yerli sakinlər Yulenin yeni layihəsini böyük təşvişlə qarşılayıb və göydələnin ucaldılmasını "ağlasığmaz və zərərverici" ideya adlandırıblar. Şəhər əhalisini təmsil edənlər bildiriblər ki, yeni planlaşdırılan bu böyük bina Matterhornun mənzərəsinə və turizmə çox böyük zərər verə bilər.
Yerli "swissinfo.ch” nəşri yazır ki, sakinlər son dəfə xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, ümumi dəyəri təxminən 500 milyon avro olduğu deyilən layihəyə hətta tezliklə investisiya tapılsa da, bu tikintinin aparılmasına mane olacaqlar. 10 dekabrda hakimiyyətə və iş adamına səslənən böyük kütlə bəyan edib ki, bu planın qarşısı alınmazsa, daha sərt addımlar atmaqdan çəkinməyəcəklər.
Məlumata görə, iş adamı və memar Haynts Yulen 260 metr hündürlüyü olacaq "Pik Lina" göydələn layihəsini təxminən 2034-cü ilə qədər tikilməsini planlaşdırır.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək