Tarix: 09-12-2025 11:48 | Bölmə: İqtisadiyyat

Vergi Məcəlləsinə dəyişikliklər olunub.
Reyting.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, təklif olunan düzəlişlər Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlara, həmçinin bundan irəli gələn qanunun qüvvəyə minməsinə dair 19-cu maddəyə şamil olunur: "Əsasən dəqiqləşdirici xarakter daşıyır. Bu düzəlişlər Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə hazırlanmış və tərəfimizdən qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb. Müvafiq reqlamentə görə, təklif olunan dəyişikliklər qanun layihəsinin 1.24-cü, 1.32-ci, 1.40-cı, 3.3.2-ci, 12.3-cü, 19.4-cü və 19.5-ci maddələrində öz əksini tapıb".
Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə post-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq edilir və bununla da həmin dövriyyə ƏDV qeydiyyatı məqsədləri üçün iki dəfə artırılmış məbləğdə nəzərə alınır: "Təklif olunan düzəlişlə bu müddəanın yalnız ƏDV qeydiyyatına daxil olma deyil, həm də ƏDV qeydiyyatından çıxma zamanı nəzərə alınması dəqiqləşdirilir".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək