Tarix: 05-12-2025 16:43 | Bölmə: İqtisadiyyat

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə "Telegram" vasitəsilə "Temu 1106" adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.
Reyting.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, "Temu iş təklifi" adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.
Dələduzlar vətəndaşlara "ev şəraitində onlayn qazanc", "asan iş", "sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir" kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.
ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər fərdi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək