Tarix: 03-12-2025 15:47 | Bölmə: İqtisadiyyat

Türkiyənin Qars və İğdır bölgələrində Azərbaycana məxsus ticarət evlərinin açılması nəzərdən keçirilir.
Bunu Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev bildirib.
O qeyd edib ki, Türkiyənin İğdır, Qars, Ardahan, Ərzurum və Ağrı vilayətləri ilə Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında ticarət əlaqələrinin genişləndirilməsi, biznes forumların təşkil edilməsi və iş adamlarının qarşılıqlı səfərlərinin artırılması prioritet məsələlərdən biridir.
Baş konsulun sözlərinə görə, kənd təsərrüfatı, heyvandarlıq, logistika və turizm də daxil olmaqla iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Bunun üçün kifayət qədər imkanlar mövcuddur.
Turizm sahəsində xüsusilə əlverişli şəraitin olduğunu vurğulayan Z.Əliyev deyib ki, turistlərin qarşılıqlı səfərləri bölgələr arasında məlumatlılığın və əlaqələrin güclənməsinə töhfə verəcək.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin güzəştlər təqdim etdiyi Naxçıvan və Qarabağdakı mövcud və yaradılacaq sənaye parklarına Türkiyədən iş adamlarının cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır.
Qarsdan olan iş adamlarının sabah Qarabağ bölgəsinə ticarət missiyası həyata keçirəcəklərini xatırladan Z.Əliyev qeyd edib ki, 2025-ci ilin iyun ayında İğdır iş adamlarının Qarabağa səfəri də uğurla baş tutub. O, bu ənənənin Ərdahan, Ərzurum və Ağrı vilayətləri ilə də davam etdirilməsinin mümkün olduğunu bildirib(report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək