Tarix: 02-12-2025 10:07 | Bölmə: İqtisadiyyat

İqtisadiyyat Nazirliyinin Kollegiyası "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması"nın, "Transmilli şirkətlər qrupuna daxil olan rezident müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası"nın, "Üzləşmə aktının forması"nın və "Kredit və ya elektron pul təşkilatları tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə elektron qaydada təqdim olunan məlumat forması"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.
Reyting.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda vergi uçotuna alınmış transmilli şirkətlər qrupunun əvvəlki maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə həmin maliyyə ilinə dair Ölkələrarası hesabat təqdim etməli olacaq. İndiyə qədər bu, yalnız Azərbaycanın rezidenti olan müəssisələrə aid edilirdi.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək