15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Nazir: Azərbaycan qaz ixracını iki dəfə artıracaq
Tarix: 25-04-2019 14:13 | Bölmə: İqtisadiyyat

İnfrastruktur olmadan enerji resurslarından böyük faydalar əldə etmək mümkün deyil.
Reyting.az xəbər verir ki, bunu Zərbaycanın Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində söyləyib.
Energetika Nazirliyi bildirir ki, nazir Pərviz Şahbazov Çində “Kəmər və Yol“ İkinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində iştirak edib. P. Şahbazov çıxışında “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nı qlobal əməkdaşlıq platforması kimi qiymətləndirib və bu yeni əməkdaşlıq modelinin böyük miqyasda enerji resurslarını, infrastrukturu, texnologiyaları, investisiya imkanlarını əhatə etdiyini deyib: “Biz bu əməkdaşlığı hər kəsin malik olduğu imkanların, təcrübələrin, xoş məramın təqdim edildiyi və hər kəsin də lazımi ehtiyaclarını ödəyə bildiyi bir platforma kimi təsəvvür edirik. Bu gün bu, bir həqiqətdir ki, güclü, səmərəli və qarşılıqlı maraqlara əsaslanmayan əməkdaşlıq olmadan yalnız enerji imkanları hesabına ayrı-ayrılıqda uğur qazanmaq mümkün deyildir. İnanırıq ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı” bu layihədə təmsil olunan hər bir ölkəyə enerji sektorunda fayda gətirən uğurlu əməkdaşlıq modeli olacaq”.
Energetika naziri mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevrilən, enerji-kommunikasiya layihələri ilə beynəlxalq əməkdaşlığa töhfə verən Azərbaycanın “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsündə iştirakından da bəhs edib. “İpək Yolu İqtisadi Kəməri”nə xidmət edən layihələrin reallaşmasında ölkənin enerji siyasətinin rolunu diqqətə çatdıırb. İpək Yolu dəhlizinin enerji komponentini təşkil edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, sosial rifaha, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verən nümunələr kimi qeyd edilib.
P. Şahbazov “İnfrastruktur əlaqələri” mövzusuna həsr olunmuş sessiyada da çıxış edib. Nazir Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutu - Bakı-Tbilisi-Qars dəmiryolu, Xəzər dənizində 25 milyon tona qədər yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətini təmin edən digər infrastruktur layihələri, eləcə də neft-qaz kəmərləri barəsində ətraflı məlumat verib. Bu infrastruktur əlaqələrinin “Kəmər və Yol” ölkələri ilə çoxşaxəli və davamlı əməkdaşlığa imkan yaratdığını bildirib.
“İnfrastruktur olmadan enerji resurslarından böyük faydalar əldə etmək mümkün deyil. Təcrübədə görürük ki, infrastrukturun yoxluğu səbəbindən karbohidrogen ehtiyatlarının həcminə görə dünyada ön sıralarda gələn bəzi ölkələrdə bu resurslar yalnız ehtiyat olaraq qalmaqdadır. Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı yoxdur. Amma Xəzər regionundan karbohidrogen ehtiyatlarını dünya bazarlarına nəql edən neft-qaz infrastrukturunun yaradılması, enerji layihələri ilə dənizləri, regionları və qitələri birləşdirmək missiyası məhz onun adı ilə bağlıdır”, - deyə nazir bildirib.
Nazir hazırda həyata keçirilən nəhəng infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətinə də toxunub. Bildirib ki, bu dəhliz Azərbaycana Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Cənub-Şərqi Avropa, Balkan ölkələrinin bazarlarına, növbəti mərhələdə isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Eyni zamanda, bu layihənin dəhliz xarakteri gələcəkdə qaz mənbələrinin, tədarükçülərin və istehlakçıların sayını artırmaqla daha böyük miqyasda şaxələnməni mümkün edə biləcək. Çıxışda həmçinin qeyd olunub ki, neft-qaz layihələri ilə yaradılmış “Şərq-Qərb” enerji dəhlizi üzərindən artıq 4 ildir Gürcüstan və Türkiyəyə elektrik enerjisi ötürülür. Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisinin ixracı sahəsində mövcud imkanlar “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin də formalaşdırılmasına şərait yaradır və bu istiqamətdə işlər aparılır.
İndiyə kimi Çindən Azərbaycana yatırılan 800 milyon ABŞ dollarından çox sərmayənin məhz neft sektorunun payına düşməsini isə nazir Azərbaycan-Çin enerji əməkdaşlığının mühüm göstəricisi hesab edib. Çinlə neft-qaz, neft-kimya, emal sənayesi, neft və neft məhsullarının ticarəti, elektrik stansiyalarının yenidənqurulması tədbirləri üzrə əməkdaşlığın yeni layihələrlə, investiya qoyuluşu, bərpa olunan enerji, yaşıl texnologiyalar kimi yeni istiqamətlərlə genişlənə biləcəyini bildirib.
Qeyd edək ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində Tərəfdaşlığın “Əməkdaşlıq Prinsipləri və Konkret Addımlar”ı sənədi qəbul olunub.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək