Tarix: 26-05-2016 14:02 | Bölmə: İqtisadiyyat

"İnanıram ki, Cənub Qaz Dəhlizi layihəsi üçün 2016-cı il önəmli il olacaq".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev"The Business Year" jurnalına müsahibəsində bildirib.
"Cənub Qaz Dəhlizi SOCAR-ın ən böyük layihəsidir və Xəzər dənizindən böyük həcmdə qazın Avropa bazarlarına nəql olunmasına imkan verəcək. 45 mlrd. dollarlıq bu meqalayihənin tikintisi üzrə işlər uğurla həyata keçirilir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi üzrə öhdəliyimizə tamamilə sadiq qalırıq. Bu layihə Avropa İttifaqının enerji siyasətinin əsas hissəsi və Avropa üçün strateji layihədir",- deyə, SOCAR prezidenti əlavə edib.
R.Abdullayev bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi boyunca boru kəmərlərinin tikintisi işlərinə 26 min nəfərdən artıq işçi cəlb olunub.
SOCAR rəhbəri qeyd edib ki, Azərbaycan və Gürcüstanda böyük irəliləmə davam edir və burada layihə üzrə 60%-dən çox işlər tamamlanmaq üzrədir.
R.Abdullayev Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin də vaxtında və büdcəyə uyğun irəlilədiyini bildirib. SOCAR prezidenti Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi - Trans-Adriatik Boru Kəməri (TAP) üzrə də işlərin davam etdiyini qeyd edib(Report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək