Tarix: 23-05-2016 18:56 | Bölmə: İqtisadiyyat

"SOCAR Polymer" şirkətinin polipropilen vəyüksək sıxlıqlıpolietilen zavodları fəaliyyətləri dövründə 10-11 mlrd. ABŞ dolları həcmindəgəlir gətirəcək.
Reyting.az "Report"-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən videoçarxda qeyd olunub.
Məlumata görə, bu məbləğin 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək.
Tikinti müddətində 1200, zavodlar fəaliyyətə başlayandan sonra isə 300 nəfər işlə təmin oluncaq. "SOCAR Polymer" layihəsinin ümumi investisiya dəyəri 750 mln. dollar təşkil edir.
"SOCAR Polymer" şirkəti SOCAR ilə "Pasha Holding", "Azersun Holding" və "Gilan Holding" tərəfindən birgə yaradılmış müəssisədir. Şirkət Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü iliniyulundayaradılıb. "SOCAR Polymer" layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk analoji layihədir.
Şirkətin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (HDPE) qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan prezidentiİlham Əliyevin sərəncamı ilə yaradılıb. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə "bir pəncərə” yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək:
Hazırda Azərbaycan aşağı sıxlıqlı polietilen ixrac edir, eyni zamanda yüksək sıxlıqlı polietilen idxal edir. Bulayihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək