15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Problemli kreditlərlə bağlı araşdırma aparılır - Deputat
Tarix: 20-02-2019 15:51 | Bölmə: İqtisadiyyat

"Prezident İlham Əliyev ötən ilin aprelində – prezident seçkiləri dövründə görüləcək işlərin proqramını açıqlayıb. Seçki platformasında ölkədə həyata keçiriləcək islahatlar əksini tapmışdı. Prezident seçkilərində iştirak edən namizədlərin, Milli Məclisin deputatlarının təklifləri sistemləşdirilərək nəzərə alınır. Azərbaycan hökumətinin ümumi strateji proqramı var ki, burada regionların inkişafı ilə yanaşı, beynəlxalq əlaqələrin də inkişaf etdirilməsi nəzərə alınıb”.
Reyting.az xəbər verir ki, bunu "Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S. Novruzov, Prezident İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, eləcə də Sosial Tədqiqatlar Mərkəzinin yaradıldığını da xatırladıb: “Bu ona görədir ki, cəmiyyətdən gələn təkliflər təhlil edilərək nəzərə alınsın. Dövlət başçısı regionlarda keçirilən görüşlərdə insanların problemləri ilə maraqlanır. Bu problemlərin hər biri həll edilir. Regionlarda binaların dam örtüklərinin dəyişdirilməsi, içməli su ilə bağlı problemlərin aradan qaldırılması, məktəblərin, bağçaların tikilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin açılması kimi təkliflər nəzərə alınır və bu işlərin həyata keçirilməsi üçün vəsait ayrılır”.

S. Novruzov
S. Novruzovun sözlərinə görə, əmək pensiyalarının, minimum əməkhaqqının, tələbələrin təqaüdünün artırılması 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuşdu: “Yəni prezident seçkilərindən sonra proqrama daxil edilmişdi, ona görə də 2019-cu ilin dövlət büdcəsində əksini tapdı. Şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı narazılıqlar nəzarətə götürülmüşdü. Bu məsələ araşdırıldı və həll edildi.
Özünü müxalifət adlandıran bəzi qüvvələr, erməni lobbisindən vəsait alanlar, xaricdə oturub blogerlik edənlər Azərbaycanda aparılan uğurlu islahatlara kölgə salmağa cəhd edirlər. Onlar bu islahatları öz adlarına çıxırlar. Deyirlər ki, "Biz çıxış etdik, dedik, hökumət addımlar atdı”. İddia edirlər, hökumət yanvarın 19-da keçirilən mitinqdən qorxduğuna görə bu addımları atır. Bir daha qeyd edirəm ki, hökumətin atdığı addımlar ötən il 2019-cu ilin dövlət büdcəsi müzakirə olunan zaman nəzərə alınmışdı”.
S. Novruzov qeyd edib ki, müxalifət xalqı aldadaraq, öz tərəfinə çəkməyə çalışır:
“Deyirlər ki, mitinqə çox insan gələrsə, əməkhaqqı daha çox artar. Bunların hamısı yalandır, şayiədir. Bilirsiniz ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Hökumət bu istiqamətdə addımlar atır. Məhbusların azadlığa çıxmasını istəməyənlər Milli Şurada toplaşanlar və xaricdə özünü müxalifət adlandıranlardır. Çünki həmin qüvvələr həbsdə olan şəxslərin adından istifadə edib, ətraflarını genişləndirməyə çalışırlar. Yəni, onlar istəmir ki, həmin şəxslər azadlığa buraxılsın. Onlara fikir vermək lazım deyil, yalan danışırlar. Əksinə, istəyirlər ki, həbsdə olan şəxslərin müddətləri uzadılsın”.
Növbəti mitinqin problemli kreditlərə həsr olunmasına gəlincə, YAP rəsmisi deyib ki, hökumət Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına müvafiq tapşırıqlar verib:
"Bu məsələ araşdırılır, həlli istiqamətində addımlar atılır. Kreditlərlə bağlı məsələyə yanaşma iki cürdür:
1. Kənd təsərrüfatının inkişafı üçün fermer təsərrüfatı yaratmaq, kiçik sahibkarlıq obyektlərini yaratmaq və digər bu qəbildən olan sahələr üçün götürülən kreditlər.
2. Bahalı avtomobillərin alınması üçün və digər bu tip götürülən kreditlər.
Tutaq ki, kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıb. Buna yanaşma fərqli olmalıdır. Amma digəri əyləncəyə görə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Buna isə yanaşma tam fərqli olmalıdır. Yəni bu məsələlər araşdırılır. Bilirsiniz ki, Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı qərar qəbul edib ki, bu məsələ bankla razılaşdırılmalıdır. Təbii ki, kommersiya bankları var ki, uzun illərdir fəaliyyət göstərir, kifayət qədər gəlir götürüblər. Ona görə də problemli kreditlərlə bağlı banklar güzəşt etməlidirlər. Bunlar mitinq edir ki, problemli kreditlər həll ediləndə, desinlər, "Biz mitinq keçirdik, hökumət problemi həll etdi”.
Fevralın 19-da keçirilən Milli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edildi. Dəyişikliklə Azərbaycanda əmanətlərin tam sığortalanma müddəti daha 1 il – gələn il martın 4-nə qədər artırıldı. Dünyanın heç bir yerində əmanətlər 100 faiz sığortalanmır. Yəni Azərbaycanda bank bağlansa da, vətəndaş pulunu geri ala biləcək, dövlət bunu öz üzərinə götürür. Avropanın bir çox aparıcı dövlətlərində əmanətlər 30-60 faiz arası sığortalanır. Azərbaycan yeganə dövlətdir ki, əmanətləri 100 faiz sığortalayır. Bu da 8 milyarda yaxın vəsait tələb edir. Bu, insanların inam və etibarını artırır. Hələ ötən ildən Prezident İlham Əliyev problemi kreditlərin həlli ilə bağlı göstəriş verib.
İnsanlar müxalifətin yalanlarına uymamalıdır. Digər bir müxalifyönlü qüvvə deyir ki, imza toplayaq, müraciət edək, təqaüdlər artırılsın. Təqaüdlər kifayət qədər artırılıb, ehtiyac olacaqsa, yenə artırılacaq. Təzyiqlə əməkhaqqı, təqaüd artırıla bilməz. Dövlət başçısı çıxışlarında həmişə deyir ki, hər şey vətəndaşın layiqli yaşaması üçündür. Baxın, Prezident İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Bu fərman 400-dən artıq çoxmənzilli yaşayış binası ilə bağlı problem həll ediləcək. İndi deyəcəklər, bunu da müxalifət təklif edib. Hökumət bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlayır. Bu da müxalifəti əndişələndirir, bilmirlər, hansı üsula əl atsınlar”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək