15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycan-Pakistan iqtisadi əlaqələri genişlənəcək
Tarix: 13-07-2024 12:51 | Bölmə: İqtisadiyyat

Şəfa ƏLİYEV,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor
Azərbaycanla Pakistan arasında münasibətlər dost ölkə xarakterindədir. Keçmiş SSRİ-nin süqutundan sonra Pakistan İslam dünyasının iri və nüfuzlu dövlətlərindən biri kimi Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də ilk tanıyanlardandır. Diplomatik əlaqələrimiz isə 9 iyun 1992-ci ildən başlayıb və daim qarşılıqlı etimad, dost münasibətləri çərçivəsində olub.
Pakistan qədim sivilizasiya mərkəzlərindən biridir. İslam dini bu ölkənin ərazisində 8-ci əsrdən yayılmağa başlayıb. Böyük Britaniyanın müstəmləkəçiliyindən ayrılmaqla, müstəqil Pakistanın yaradılması reallaşıb. Pakistan öz müstəqilliyini 1947-ci ildə elan edib. Pakistan adı ölkəyə 1933-cü ildə qoyulub və mənası “paklar diyarı” deməkdir. Siyasi fəal Çaudhri Rəhmət Əlinin verdiyi bu adın mənasında ilk hərif – “P” – Pəncab mənasında, “a” – afqan, “k” – Kəşmir, “i” – İndus çayı və islam dini, “s” – sindi, “tan” isə – Bəlucistan ifadə olunub.
Pakistan əhali sayına görə dünyada ilk beşlikdə yer alıb (əhalinin sayı təxminən 242 milyon nəfərdir). Ölkə ərazisi 881,9 min km2-dən çoxdur. Alıcılıq qabiliyyətinə görə ÜDM-nin həcmi 2022-ci ildə 1,5 trilyon səviyyəsində olub. Pakistan nüvə silahına və sənayesinə malik ölkələrdəndir. Ölkənin idarə olunmasında federativ respublika quruluşundan istifadə edilir və 4 əsas əyalət var (Pəncab, Sind, Hayber-Paxtunxva və Belucistan). Ölkəyə prezident rəhbərlik edir və 5 illik müddətə seçilir. Hökumət isə prezident tərəfindən təsdiq olunur və ona rəhbərliyi baş nazir həyata keçirir. Maraqlıdır ki, bu ölkənin baş naziri mütləq şəkildə müsəlman olmalıdır. Ölkənin qanunvericilik hakimiyyəti isə 2 pilləlidir – Senat və Milli Assambleyadan ibarətdir. Pakistan müstəqil müsəlman dövlətlərinin önündə gedən iri və güclü dövlət kimi möhkəmlənib. Ölkənin hərbi qüvvələri dünyada sayına görə 6-cı yerdədir və əksər hərbi birləşmələrlə təmsil olunur.
Pakistanın iqtisadiyyatında liman infrastrukturu və iri limanlar strateji rol oynayır. Əsas limanlar Kəraçi və Benqaliyadır. İxracda mühüm rol oynayan limanlardan biri isə Kəlküttə limanıdır. Kənd təsərrüfatı ölkənin mühüm iqtisadiyyat sahəsidir və ixracın 75 faizi bu sferada formalaşır. Əsas ixrac məhsulları kimi buğda, şəkər çuğunduru, pambıq, düyü və digər ərzaq məhsulları daha çox paya malikdir. Orta illik buğda ixracının həcmi, 26-27 milyon ton səviyyəsindədir. Digər ixrac məhsulları kimi ərik, ərinmiş yağlar, soğan, süd məhsulları və dəvələrin ixracı daha çox yer alır. Kənd təsərrüfatında ölkənin iqtisadi fəal əhalisinin, konkret olaraq işçi qüvvəsinin təxminən 42-43 faizi cəmləşib. Ölkə ÜDM-də kənd təsərrüfatının payı isə 20 faiz səviyyəsindədir.
Bundan əlavə, Pakistanda – Bellucistanda, həmçinin Sinda və Pəncabda 7 təbii qaz və neft yatağı istismar olunur. Bunlarla yanaşı, ölkədə bir sıra faydalı mineralların hasilatı aparılır (kömür, mərmər, xörək duzu, əhəng, uran, xrom filizi, fosforlar, kükürd, barit, qiymətli metallar və s.). Emal sənayesində isə əsas aparıcı iqtisadiyyat sferası tekstildir və Pakistan dünyanın müxtəlif ölkələrinə geniş çeşiddə tekstil malları ixrac edir. Kəraçi yaxınlığında isə metallurgiya kombinatı fəaliyyət göstərir.
Pakistanın dövlət neft şirkəti, bir sıra neftayırma və emal zavodları var. Həmçinin idman malları və əczaçılıq məhsulları istehsalı geniş inkişaf edib. Maraqlıdır ki, Pakistan 2005-ci ildən başlayaraq özünün avtomobilini – REWO-nu istehsal edir. Digər maraqlı bir məqam isə bərpa olunan enerji potensialı ilə bağlıdır. Pakistanda bərpa olunan enerji istehsalı 30 min meqavat həcmindədir və onun 10 min meqavatı günəş enerjisinin payına düşür.
Müasir dövrdə Azərbaycanla Pakistan strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü daim dəstəykləyib və bununla bağlı yerində, vaxtında, məqamında zəruri addımları atıb. Ulu öndər Heydər Əliyevin 1996-cı il 9 apreldə Pakistana səfəri zamanı bir sıra mühüm sənədlər imzalanıb. Pakistan Ermənistanın Azərbaycana hərbi təcavüzünü ardıcıl şəkildə pisləyən dost dövlətdir və Ermənistanı təcavüzkar dövlət kimi ittiham edib. Azərbaycanla Pakistan arasında 2002-ci ildə müdafiə və hərbi sahədə əməkdaşlıq barəsində müvafiq saziş imzalanıb.
Prezident İlham Əliyevin Pakistan prezidenti ilə 2023-cü il sentyabrın 25-də keçirilən ilk görüşündə iki ölkə arasında münasibətlərin daha geniş inkişaf etdirilməsi bildirilib. 8 iyul 2004-cü ildə Pakistan prezidenti Azərbaycana 3 günlük rəsmi səfərə gəlib. Əsas müzakirə mövzuları 2 dost ölkə arasında münasibətlərin inkişafının genişləndirilməsi, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin aparılması, həmçinin irtisadi sahələrdə əməkdaşlığın, o cümlədən turizm və gömrük işi sahəsində hökumətlərarası əməkdaşlığın təşkilinə dair sazişin imzalanması olub.
2005-ci aprelin 12-də prezident İlham Əliyev Pakistan İslam Respublikasına 2 günlük rəsmi səfər edib. Həmin səfər zamanı ölkələr arasındakı qarşılıqlı münasibətlər müzakirə edilib, həmçinin nəqliyyat, infromasiya və kommunikasiya, aviasiya, mədəniyyət, eyni zamanda, təhsil və maliyyə sferaları üzrə 6 əməkdaşlıq sazişi razılaşdırılaraq imzalanıb. 2015-ci il mart ayının 11-də Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyənnaməyə imza atılıb. Müxtəlif mühüm siyasi-iqtisadi, humanitar və s. istiqamətlərdə Azərbycanla Pakistan arasında 30-dan çox rəsmi sənəd imzalanıb.
2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Pakistan İslam Respublikası Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edib və Pakistanın baş naziri tarixi qələbə münasibətilə ölkəmizi təbrik edib və bu qələbənin əhəmiyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ildə 27 milyon ABŞ dolları təşkil edib. Bunun 6,9 milyona yaxını ixrac, 20,1 milyonu isə idxaldan ibarətdir. Pakistandan əsasən kartof, düyü, sabun və s. idxal olunur. İxracın strukturunda isə reaktiv mühərriklər üçün kerosin yanacağı əsas yeri tutur. Azərbaycana Pakistandan idxal olunan düyü məhsullarına idxal rüsumu üzrə güzəşt tətbiq olunub, 2027-ci il dekabrın 31-dək bu rüsum 15 faizdən 0 faizə endirilib.
Hesab edirik ki, bu iki dost ölkə arasında ticarət dövriyyəsinin strukturu mövcud potensiala adekvat deyildir və onun genişləndirilməsi üçün böyük imkanlar və perspektivlər var. Azərbaycanda Pakistanın 3600 şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər əsasən kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, ticarət və həmçinin xidmət sahələrində fəaliyyət göstərirlər. Pakistan şirkətlərinin Azərbaycanın qeyri-neftqaz sektoru sahələrinə yatırdıqları investisiyaların həcmi 4,8 milyon ABŞ dollarına yaxındır.
Bunlarla yanaşı, fikrimizcə, Pakistandan düyü idxalının artırılması daha real görünür. Ərzaqlıq buğda idxalı da müzakirə predmeti ola bilər. Eyni zamanda, turizm sahəsində əlaqələrin təşkilində maraqlı istiqamətlər diqqət çəkir. Ölkəmizdə Pakistan şirkətləri tərəfindən IT kampuslarının təşkili perspektivləri vardır. Neft-qaz sferasında əməkdaşlıq layihələri də müzakirə proseslərindən keçib və müxtəlif layihələr istiqamətində imkanlar qiymətləndirilməkdədir. Bir sözlə, iki dost ölkənin iqtisadi subyektləri arasında əlaqələrin genişləndirilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə birgə layihələrin reallaşdırılması imkanları var.
Əminliklə deyə bilərik ki, dövlət başçısının Pakistana rəsmi səfəri bu əlaqələrin şaxələndirilməsinə və ticarət dövriyyəsinin intensiv şəkildə artımına əlavə təkan verəcəkdir.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək