15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Neftlə bağlı mübahisə: dünyada qara qızıl ehtiyatı tükənir?
Tarix: 06-06-2024 10:29 | Bölmə: İqtisadiyyat

Bir qrup alim yerin təkində nə qədər neft ehtiyatının qaldığını və onun nə vaxt tükənə bilcəyini açıqlayıb.
Reyting.az xəbər verir ki, bəzi mütəxəssislərin fikrincə, yer üzünün ən qiymətli, tələbatlı təbii sərvəti sayılan neft ümumiyyətlə tükənməyəcək. Digər qrup britaniyalı alim isə düşünür ki, neft ehtiyatı yalnız 50 il öz məhsuldarlığını davam edə biləcək. Bunu reallığa daha çox yaxın hesab edən amerikalı alimlər də belə düşünürlər.
"Focus.ua Live Science" nəşri yazır ki, yerin dərinliyində nə qədər neftin qaldığını və neft ehtiyatlarının nə vaxt tükənəcəyi ilə bağlı alimlərin verdiyi açıqlama yeni elmi araşdırmanın nəticəsidir.
Milyonlarla ildir ki, qum, lil, həmçinin daş təbəqəsi ilə örtülmüş heyvan və bitki qalıqlarının tədricən maye kütləsinə çevrilməsi nəticəsində yer üzü qabığında neft yığılıb. Məhz bunun nəticəsində insanlar 160 ildən də əvvəl süzülmüş təmiz benzini, asfalt üçün qır materialını, həmçinin plastik məmulatları, eləcə də digər müxtəlif məhsulların istehsalı üçün yerin dərinliklərindən neft çıxarmağa başlayıblar.
Dünyada neftə olan tələbat isə hələ də azalmayıb. İndi neftin çıxarılma prosesi yenidən yığıla biləcəyindən daha sürətli baş verir. Amma nəzəri baxımdan, gələcəkdə nə vaxtsa neft tükənəcək.
Lakin yeganə bir sual da var: nə qədər qara qızıl qalıb və dünyadakı neft ehtiyatları nə vaxt tükənə bilər?
Bu sualın cavabı dəqiq bilinmir.
Bu suala fərqli cavab verənlər çoxdur. Hər iki tərəf də elmi yanaşmaları ilə haqlı olduqlarını sübut etməyə çalışır.
Bəzi alimlərin fikrincə, əslində neft heç zaman tükənməyəcək. Məsələ burasındadır ki, bir çox qara qızıl yataqları mədən üçün əlçatmaz yerlərdə olduğuna görə sərt relyef, həmçinin də coğrafi çətinliklər ucbatından bu günə qədər toxunulmamış qalır. Antarktidanın dərinliklərində neft saxlanılır və onun bir hissəsi o qədər dərində yerləşir ki, onun çıxarılmasına başlamaq bir yana, heç nə qədər neft olduğunu bilmək də mümkünsüzdür.
İngiltərənin Aberdin Universitetinin alimi Devid Makdonaldın dediyinə görə, elm adamları yerdəki neftin böyük hissəsinin harada olduğunu bilirlər. Makdonald qeyd edib ki, litosfer plitələrinin hərəkəti əsasən neft laylarının harada bitməsinə cavabdehdir. “Okean hövzələrinin təkamülü nəticəsində heyvanların və bitki qalıqlarının sürətlə basdırılması üçün əlverişli şərait yaranır, yer qabığının yuxarı təbəqəsinin hərəkəti isə bu qalıqlardan neftin əmələ gəlməsini formalaşdıran təbii prosesə təkan olaraq bunun üçün lazım olan istiliyi, həmçinin də təzyiqi yaradır. Nəticədə planetin bəzi regionlarında başqalarına nisbətən daha çox yeni neft yataqları tapılır. Lakin yenə də qarşımızda olan əsas sual budur: Yer kürəsində nə qədər neft qalıb?
Artıq elm adamları dünyaya sübut edir ki, hamı üçün müəmmalı qalan bu çətin sualın da cavabı var. Alimlər hazırda planetdə hasil ediləcək ümumi neft ehtiyatının nə qədər qaldığını müzakirəyə çıxarıb və böyük araşdırma nəticəsində bildiriblər ki, Yer üzündə təxminən 1,6 trilyon barel neft ehtiyatı var. Alimlərin əksəriyyəti belə düşünür. Onların elmi əsasları var. Kəşfini gözləyən neft yatağı da var ki, onu əldə etmək üçün ancaq Yerin çox dərinliklərindən çıxarmaq mümkündür. Təxmini hesablamalara görə, hələ də xəzinəyə bənzəyən belə neft yataqlarında təxminən 565 milyard barel neft ehtiyatı qalıb", - Makdonald əlavə edib.
Qeyd edək ki, neft ehtiyatlarının tükənəcəyi ilə bağlı söz-söhbətlər çoxdandır davam edir və uzun illərdir bu sahəni araşdırmış elm adamları arasında mübahisəli müzakirələr bitməyib. Mütəxəssislər Yer kürəsinin çıxarıla bilən neft ehtiyatının təxminən 50 il fasiləsiz hasilatla davam edəcəyini düşünürlər. Bu rəqəm riyazi hesablama üsuluna görə əslində çox dəyişməyib: neftin bitməsinə qədər olan illərin sayı cari sübut edilmiş ehtiyatlara bərabərdir və illik istehlaka bölünür. Ancaq bu neftin tükənməyəcək bir təbii sərvət olması anlamına gəlmir.
Nəşr yazır ki, məhz bu rəyləri oxuyandan sonra neft haqqında reallığı dərk etmək mümkün olur. Elə buna görə neftin daha 50 ildən sonra da yenidən "qızıl dövrünə" qədəm qoyacağı və müəyyən bir zaman kəsiyində yenidən çoxalacağı, hətta xeyli bol, məhsuldar yataqların kəşfi sayəsində qara qızılın əvəzsiz, qiymətli, tələbatlı sərvətə çevriləcəyi haqlı olaraq şübhə doğurur.
Son illər təsdiqlənmiş neft ehtiyatları ilə bağlı hesablamalar artıb, çünki geoloqlar yeni yataqlar tapır. Alimlər isə düşünür ki, nə vaxtsa bu balans da dəyişəcək. Elm adamlarının fikrincə, fakt budur ki, yeni tapılmış neft yataqlarının kəşfi, neft hasilatının sürəti statistik deyil. Bu isə o deməkdir ki, qara qızılın yeni ehtiyatları aşkar olunduqca, gələcək kəşflər üçün imkanlar azalır. Həm də müasir dövrdə yeni neft yataqlarının tapılması imkanlarını sürət və keyfiyyət baxımdan təkmilləşdirən daha müasir texnologiyalar yaradılır.
Enerji sahəsində tendensiyaları öyrənən Amerikanın "ClearView" şirkəti, eləcə də şirkətin rəhbəri Kevin Bukun dediklərinə görə, süni intellekt şəraitə uyğun olaraq yeni neft ehtiyatlarının tapılmasını daha da asanlaşdıra bilər. Eləcə də müasir, yeni texnologiyaların köməyi sayəsində neftin hasilatını asanlaşdırmaq mümkün olacaq.
Sənaye ekspertləri hesab edirlər ki, elektromobillərə keçidlə əlaqədar neftə olan tələbatın yaxın gələcəkdə dəyişmə ehtimalı çox böyükdür. Mütəxəssislər ən dəqiq mənbə olaraq ötən ilin məlumatına istinad edirlər.
Ötən il dünyanın neftə olan tələbatını nəzərə alaraq bu qiymətli təbii sərvətlə bağlı narahatlıqlarını ifadə edən ölkələrə elmi izahlı bir cavab olaraq Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, neft istehlakı 2030-cu ilə qədər çox yüksək həddə çatacaq və daha sonra isə qəfildən azalacaq. Bu, o deməkdir ki, insanlar böyük ehtimalla 50 ildən çox müddət ərzində kifayət qədər qara qızıla sahib ola bilərlər.
Lakin neft adlı qiymətli sərvətin gələcəyi ilə bağlı müxtəlif alimlərin səsləndirdiyi bütün fikirlərə baxmayaraq, yenə də elm adamları ortaq bir fikirdədir. Alimlər deyirlər ki, neft idxalı, ixracı, istehlakı, eləcə də alışı və satışı ilə məşğul olan dünyanın bir çox ölkələrinin bu mövzu ilə əlaqədar narahatlıqları başa düşülən olsa da, təbii sərvət olan qiymətli qara qızıl uzunömürlü deyil.
Əksər alimlərin fikrincə, bütün neft ehtiyatının ömrü güman ki, 50 ildən çox olmayacaq.
Alimlər bildiriblər ki, bəşəriyyət daha da müasir, alternativ yollar düşünüb tapmalı və elə bu səbəbdən ehtiyatlı davranaraq indidən neft asılılığından qurtulmaqdan ötrü tədbirlər görməlidir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək