Tarix: 09-05-2016 15:35 | Bölmə: İqtisadiyyat
May ayının 27-28-də Bakıda IV Milli Marketinq Forumu keçiriləcək.
Reyting.az Fins.az-a istinadən xəbər verir ki, "Böhrandan yeni dövrana” mövzusunda təşkil edilən forumda ölkə iqtisadiyyatının böhran dövrlərində marketinq sahəsində necə mübarizə aparıldığı, biznesdən necə istifadə etmək lazım olduğuvə çətin vəziyyətdən yeni dövrana çıxmaq yolları barədə müzakirələr aparılacaq.
Bu il keçirilən forum biznes sahəsinə daha yaxın olacaq. Forumun əsas məqsədi marketinqə kənardan baxmaqla, biznesi böhrandan çıxarmaq üçün öz peşələrində uğur qazananların təcrübəsini tədbir iştirakçıları ilə bölüşməkdir.
Tədbirdə "Böhran dövründə marketinq strategiyası”, "Marketinq kommunikasiyaları”, "Bloqçuluq və rəy liderliyi”, "Milli keyslər”, "Rəqəmsal marketinq”, "Şəxsi brendinq” mövzuları müzakirə olunacaq.
Qeyd edək ki, forum "Marketing AİR", "Facemark.az" və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan "Facemark.tv" komandasının təşkilatçılığı ilə keçirilir. Tədbirdə 260 nəfərin iştirakı nəzərdə tutulub. Eyni zamanda, iki gün davam edəcək forumda 30 nəfər spikerin çıxışı planlaşdırılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək