15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Professor: “Cəbrayılın dirçəldilməsi regionun strateji rolunu artıracaq”
Tarix: 29-09-2023 15:34 | Bölmə: İqtisadiyyat

“44 günlük Böyük Qarabağ Zəfərində Cəbrayıl işğaldan azad olunmuş ilk Azərbaycan şəhəri kimi tarixə düşüb. Cəbrayıl şəhərinin erməni işğalından azad edilməsi müharibənin sonrakı gedişinə strateji təsir göstərdi və düşmənin diz çökdürülməsində önəmli rol oynadı. İşğaldan sonrakı dövrdə Cəbrayılın bərpası üçün məqsədli, eyni zamanda geniş həcmli tədbirlər həyata keçirilməkdədir”.
Bunu Reyting.az-a UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev deyib.
Şəfa Əliyev bildirib ki, artıq Cəbrayıl şəhərinin Baş planı hazırlanaraq təsdiq olunub. Onun sözlərinə görə, şəhərin tikintisində ən son texnologiyalar və arxitektura yanaşmaları əsas götürülüb. Eyni zamanda müasirlik prinsiplərinin ön plana çəkilməsi ilə bərabər, bir sıra mühüm elementlər, tarixi-coğrafi komponentlər, adət-ənənələr də diqqət mərkəzində saxlanılıb.
Professor əlavə edib ki, Cəbrayıl rayonunun dağıdılmış ərazilərinin bərpası və dirçəldilməsi dövlət başçısının daim diqqət mərkəzindədir: “Prezident işğaldan sonrakı dövrdə bir neçə dəfə Cəbrayıl rayonuna səfər edib və rayonun bərpası ilə bağlı tapşırıqlarını verib”.
Dövlət başçısının sentyabrın 28-də Cəbrayıl rayonuna növbəti səfərinə diqqət edən Ş. Əliyev deyib ki, bu səfər çərçivəsində Cəbrayıl şəhərində inzibati binanın təməli qoyulub və burada işgüzar zona fəaliyyət göstərəcəkdir:
“İnzibati ərazi dörd binadan ibarət olacaqdır. Binaların inşasında müasirlik, millilik elementləri ana xətt kimi keçəcəkdir. Eyni zamanda, inzibati binanın həyətində istirahət parkı inşa olunacaqdır. Sevindirici haldır ki, artıq Cəbrayıl şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,9 hektardan ibarətdir və burada 33 bina inşa olunacaqdır. 4 və 5 mərtəbəli binalarda 718 mənzil keçmiş məcburi köçkünlərin ixtiyarına veriləcəkdir. Mənzillər komfortluluq baxımından kifayət qədər üstün cəhətlərə malikdir. İstismara verilən mənzillər tam təmirli olmaqla bərabər, həm də mətbəx mebeli, qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunacaqdır. Əhalinin rahat yaşaması üçün Cəbrayıl Yaşayış Kompleksinin ərazisində və ətrafında park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da sakinlərin istifadəsinə təqdim ediləcəkdir. Rayonun dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin edilməsi üçün Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub”.
Professor qeyd edib ki, Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində yerləşir. Rayon cənub tərəfdən İranla, Cənub-qərbdən Zəngilan, Qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu 1930-cu il avqustun 8-də yaradılıb və ərazisi 1050 kv.km-dir.
Ş. Əliyev bildirib ki, Cəbrayıl rayonunun ərazisində bir qrup sənaye əhəmiyyətli ehtiyatlar var. Məsələn, sement istehsalı üçün qiymətli xammal mövcuddur. Həmçinin mərmər və başqa tikinti materialları ehtiyatları kifayət qədərdir. Rayonda dəmir filizi yataqları da var. İşğala qədər olan dövrdə rayon əhalisinin əsas məşğuliyyəti üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıq olub. Bunlarla yanaşı, rayonda tikiş, xalça, cihazqayırma sexləri və bir sıra digər sənaye obyektləri fəaliyyət göstərib.
Cəbrayıl rayonu işğaldan azad olunmuş ərazilərin bərpası baxımından ilkə imza atdığını bildirən professorun sözlərinə görə, Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 ev, 96 şagird yerlik məktəb, məscid, 35/10 kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin xüsusi təyinatlı yol istismar müəssisəsi və digər infrastrukturlar tikilərək istifadəyə verilib, kəndə asfalt örtüklü yol çəkilib: “Həmçinin 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, inzibati ərazi dairə üzrə nümayəndəliyin binası və s. mühüm sosial obyektlər istismara verilib. O, xatırladıb ki, əhalinin Cocuq Mərcanlıya qayıdışı 30 may 2018-ci ildən başlayıb.
Ş. Əliyev Cəbrayıl rayonunun strateji rolunu artıran məqamlara da diqqət yetirib: “Tarixi Xudafərin körpüsü yaxınlığında “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması artıq regionun cəlbediciliyindən və regionda sahibkarlığın inkişafı ilə bağlı güclü təməlin qoyulmasından xəbər verir. Burada güzəştlərin formalaşdırılması, sahibkarlara ən azından 10 il ərzində güzəştlərin verilməsi və dövlət tərəfindən müvafiq infrastrukturun yaradılması yaxın perspektivdə Cəbrayıl rayonunda müxtəlif istiqamətlər üzrə emal müəssisələrinin təşkilinə, eyni zamanda kənd təsərrüfatı və sənaye müəssisələrinin yaradılması istiqamətində ciddi addımların atılmasına imkan verəcəkdir. Bu iqtisadi zonanın ilk rezidentləri artıq qeydiyyata alınıb və fəaliyyətə başlayıblar.
Qeyd olunanlar əsasında bu qənaətə gəlmək olar ki, genişmiqyaslı bərpa və quruculuq işləri, həyata keçirilən iri layihələr sayəsində Cəbrayılın dirçəldilməsi prosesləri daha səmərəli və intensiv xarkater alacaq, bütün bunlar isə regionda Cəbrayılın strateji rolunu artıracaqdır”.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək