Tarix: 18-03-2016 18:48 | Bölmə: İdman

"Komandada ümumi vəziyyət pis deyil. Futbolçular hamısı sağlamdır. Sadəcə, Rəşad Sadıqov fərdi qaydada məşq edir”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın
baş məşqçisi Qurban Qurbanov deyib. O, Topaz Premyer Liqanın 26-cı turunda
sabah "Qəbələ”yə qarşı keçiriləcək oyun haqda fikirlərini bölüşüb:
"Düzdür, "Qəbələ” ötən tur öz meydanında "Zirə”yə
uduzdu. Ancaq məğlubiyyət onların işinə mane olmur, növbəti oyuna daha yaxşı
hazırlaşa, rəqibi düzgün analiz edə bilirlər. Bu da baş məşqçinin işinin göstəricisidir.
Düşünürəm ki, ən azı azarkeşlər üçün maraqlı oyun olacaq. Çətin səfərə gedirik.
Bəlkə də bu görüş digər oyunlardan fərqlənəcək. Yerli azarkeşlərin də oyuna
marağı böyük olacaq. Biz də yaxşı nəticə əldə etməyə çalışacağıq”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək