15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycan futboluna böyük məbləğdə vəsait ayrılır, amma...
Tarix: 25-11-2020 20:32 | Bölmə: İdman

Ölkənin beynəlxalq nüfuzunun yüksəlməsində idmanın böyük rolu var. Bəzi ölkələr var ki, dünyada məhz idman sayəsində tanınıblar. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 1-ci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi də ölkəmizin dünya standartlı idman infrastrukturuna malik olmasının qəbul edilməsi idi. Dövlətimiz bu sahəyə xüsusi diqqət ayırır və bunun nəticəsində bir çox idman növlərində böyük uğurlar qazanılır. Olimpiya oyunlarında, müxtəlif idman növləri üzrə dünya və qitə çempionatlarında qazandığımız uğurlar buna sübutdur. Amma bir idman növü var ki, dövlətin ən çox maliyyə ayırdığı sahə olmasına baxmayaraq, nəticə nəinki yoxdur, əksinə, ildən-ilə daha da zəifləyir. Bu idmanın şahı sayılan futboldur.
2003-çü ildə Azərbaycan futboluna böyük ümidlər yaradan dəyişikliklər baş verdi. Ramiz Mirzəyev AFFA-nın rəhbəri seçildi, ölkə futboluna böyük pullar yatırılmağa başlandı, ölkə çempionatında 18 klub iştirak etdi. 2007-ci ildə Ramiz Mirzəyevin səhhətinin pisləşməsindən sonra faktiki olaraq Azərbaycan futbolunu AFFA-nın baş katibi Elxan Məmmədov - futbolumuzun “xaç atası” idarə etməyə başladı. 2008-ci ildə ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev AFFA prezidenti seçildi. Abdullayev-Məmmədov tandemi 12 ildir ölkə futboluna rəhbərlik edirlər. Onlar ölkə futbolunu şəxsi biznes sahəsinə çevirdilər. Bu ikilinin birgə rəhbərliyi dövründə futbol sahəsini cəmi 2 kəlmə ilə izah etmək olar - böyük pulların “havaya” sovrulması və tam rüsvayçılıq.
Vaxtilə 16, 18 klubdan ibarət ölkə çempionatımız, son illərdə 8 komandalıq “Bakı birilinciyi”nə və ya “Topaz” turnirinə çevrilib. 2008-ci ildə indiki AFFA rəhbərliyi işə başlayanda ölkə çempionatında bölgələrin çoxluq təşkil etdiyi 14 klub iştirak edirdi. Hər bir klubun sponsoru var idi, çempionata maraq böyük idi, azarkeşlər demək olar ki, bütün oyunlarda stadionları doldururlar. Lakin bu ikilinin işi nəticəsində sponsorlar da futbolumuzdan soyudular, azarkeşlər də.
Bu gün AFFA rəhbərliyindən bunun səbəbini soruşanda sponsorluqsuzdan, imkanlı şəxslərin və böyük şirkətlərin futbola yatırım etməkdə maraqsız olduğunu deyirlər. Halbuki, hər kəsə məlumdur ki, sponsorlar futbolumuzdan yan qaçmasının, küsməsinin əsas səbəbi, məhz indiki AFFA rəhbərliyidir. Məhz onların sponsorların qarşısına öz qaydaları ilə oynamaq şərti qoyduqlarından futbolumuza pul yatıran şəxslər bu sahədən getdilər, digərləri isə indi də yan qaçmağa çalışırlar. Avropada üzümüzü ağ edən klubların adına baxanda AFFA rəhbərliyinin ölkə futboluna nə qədər zərər vurduğunu görmək kifayət edir.
Avrokuboklardakı uğurlarımızın əsas payı “Qarabağ”ın və son mövsümlərə kimi daima Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ”nin payına düşür. Bu 2 klub xaric demək olar ki, digər klubların əksəriyyəti ya birbaşa ya da dolayı yolla AFFA prezidentinin və ya baş katibinin nəzarətindədir. Ölkə futbolunun “flaqman”ı sayılan “Neftçi” avrokubokların final mərhələsinə vəsiqə qazanan ilk klubumuz kimi tarixə düşdü, lakin bu komanda hazırki AFFA rəhbərliyinin faktiki nəzarətinə keçəndən ayrılan maliyyə artsa da, qazanılan uğurlar dəfələrlə azalıb, paytaxt təmsilçisi inkişaf etməkdənsə deqradasiyaya uğrayıb.
Yığma komandalarımıza gəldikdə isə vəziyyət daha acınacaqlıdır. Abdullayev-Məmmədov tandemi düz 12 il başımızı əsas hədəfin “Avropa Çempionatı-2020” olduğu nağılı ilə qatdılar. Amma sonda məhz AVRO-2020-in seçmə mərhələsində tariximizin ən biabırçı nəticələrindən birinə imza atdıq, cəmi 1 xal toplaya bildik. Vaxtilə daha pis şəraitdə Portuqaliya ilə heç-heçə ilə qürurlanırdıqsa, indi bir vaxtlar “rahat 6 xal” gözü ilə baxdığımız Lüksemburqla heç-heçəni bayram edirik, buna görə futbolçularımıza mükafat ayrılır.
Mükafatlardan söz düşmüşkən, dünyada AFFA kimi biabırçı mükafatlandırma sisteminə malik 2-ci bir ölkə futbol federasiyası tapmaq çətindir. Əgər digər ölkələrdə yığma komandanın futbolçularına mükafat qarşıya qoyulan hədəfə çatdıqları üçün ayrılırsa, bizdə əksinədir. Misal üçün, son 10 gün ərzində Sloveniya ilə yoldaşlıq görüşündə 0:0 hesablı heç-heçəyə görə və Millətlər Liqasının qrup mərhələsində Çernoqoriya və Lüksemburqla eyni hesablı bərabərliyə görə, yığma komandanın futbolçularının hər birinə 45 min manat mükafat ayrılıb. Xatırladaq ki, bu nəticələrdən sonra biz Millətlər Liqasının qrupundan növbəti mərhələyə çıxmaq şansı itirdik. Halbuki, əsas məqsəd məhz qrupdan çıxmaq idi.
Göründüyü kimi, AFFA futbolçularımızı qarşıya qoyulan hədəfə çatmadıqları üçün mükafatlandırıb. Hər dəfə belə oyunlardan sonra azarkeşlərin ən çox tənqid etdikləri futbolçular olub. Halbuki, ən az günah məhz onlardadır. Onları necə öyrədiblərsə, elə də oynayırlar. Bizim uğursuzluqların fonunda dəfələrlə daha az maliyyə ayrılan Gürcüstan və Ermənistanın yığma komandalarının qazandıqları nəticələr göz deşir. Gürcüstan yığma komandası təqribən 1 həftə bundan əvvəl Millətlər Liqasının bizim də iştirak etdiyimiz divizionunun gümüş medalını qazandı və Avropa Çempionatı-2020-in final mərhələsinin bir addımlığında dayandı. Bütün günü ələ saldığımız, cəbhədə ordusunu darmadağın etdiyimiz, prezidentindən baş nazirinə, hərbçilərindən iqtisadiyyatına qədər lağ obyekti olan Ermənistanın futbol yığması Millətlər Liqasında öz qrupunda lider oldu və B divizionuna vəsiqə qazandı. Biz isə hələ də sonuncu olmadığımız üçün sevinirik. Bəxtimizdən, UEFA bizim yığma komandanın onlarla heç bir turnirdə qarşılaşmasına icazə vermir. Görəsən, heç utanırmı AFFA rəhbərliyi buna görə? Ayıb olsun, başqa nə deyə bilərik, sadəcə, ayıb olsun.
Yuxarıda da qeyd olunduğu kimi, bu nəticələrdə ən az günah futbolçularımızdadır. Onlara uşaq yaşlarında necə öyrədirlər, elə də oynayırlar. Azərbaycanda bu 12 ildə AFFA rəhbərliyi normal bir akademiya qura bilməyib. Qonşularımız Gürcüstanın və Ermənistanın futbolçularını Avropanın öndə gedən çempionatlarında iştirak edən klubların heyətlərində gördüyümüz halda, bizim futbolçularımız heç qonşu Türkiyə və Rusiya çempionatlarının autsayderlərinin əvəzedici heyətlərində belə möhkəmlənə bilmirlər. Hamısının da səbəbi futbol başbilənlərimizin 12 il ərzində uşaq futbolunda inkişafa nail olmaq üçün normal bir infrastuktrur qura bilməməsi, səviyyəli uşaq məşqçiləri yetişdirə bilməməlidir.
Bunun səbəbini soruşanda AFFA-nın “xaç atası” sizə 150 min futbolçunun qeydiyyatdan keçdiyini deyəcək. Sual verə bilərsiz ki, bəs 150 min futbolçu qeydiyyatda olan ölkənin aşağı yaşlı yığmalarının əsasını niyə türkiyəli və rusiyalı futbolçular təşkil edir.
AFFA rəhbərliyinin uğursuz layihələri o qədərdir ki, saymaqla bitməz. 2009-cu ildə əsası qoyulan və mövcud olduğu müddətdə 3 milyondan çox vəsait ayrılan və guya 3000 azərbaycanlının tədris keçdiyi “Berlin Futbol Akademiyası”. Akademiyanın fəaliyyəti necə müəmmalı idisə, sonu da eyni formada müəmmalı oldu. Mətbaut konfransların birində bir jurnalistin “Berlin futbol akademiyası ünvanı hardadı?” sualına heç bir AFFA məsul şəxsinin cavab verə bilməməsinin üzərindən heç 1 ay keçmədən bu “akademiya”nın fəaliyyətinin dayandırılması elan olundu...
AFFA şübhəli Berlin layihəsinə milyonlar xərcləmək əvəzinə Gəncədə futbol akademiyası yarada bilməzdimi? 10-12 ildə yüz milyonların havaya sovrulması kimə lazım idi? Axı bu vəsait AFFA-nın deyil, dövlətin, xalqındır. Razılaşmayanlar varsa, Berlin "akademiyası"ndan bir ortabab futbolçu adı çəksinlər. Son 12 ildə "Azərbaycanlı futbol oynaya bilmir" adı altında 100-dən çox nəsli-kökü bilinməyən, Azərbaycana heç bir bağlılığı olmayan əcnəbi futbolçular gətirilib, pasportumuz verilib. Çoxu da “küçədən tutma” futbolçular. Hətta, bir braziliyalı jurnalist yazırdı ki, azərbaycanlılar gəlib küçədən uşaqları tutub aparır, məşhur futbolist adı ilə ölkədə yüksək liqada oynadırlar.
Eyni vəziyyət məşqçilərə də aiddir. Özümüzün nəticə verən peşəkar məşqçilərimiz klublara və yığmalara cəlb olunmur, amma xaricdən 5-ci dərəcəli məşqçilər astronomik transfer qiymətləri ilə dəvət olunur. Ortada isə heç bir nəticə yoxdur. Sanki bu ölkədə pul yerdən yığılır. Heç kim də bu özbaşınalığa görə məsuliyyət daşımır. Sanki, belə də olmalıdır. Bunun fonunda mənfur düşmənimiz Ermənistanın 19 yaşlıları kimi futbolçularından ibarət milli komandası 2019-cu il Avropa çempionatına vəsiqə qazanır...
Bəs futbolçu yetişdirmək əvəzinə AFFA nə işlə məşquldur? Azərbaycan futbol meydançalarını süni örtüklü meydançalara çevirmək. Biri ən azı 300 min manata başa gələn bu süni örtüklü meydançalar xüsusi ilə uşaqların oynaması üçün məsləhət görülmür. Amma bu boş şeydir, əsas odur ki, futbol baş bilənlərimizin cibi dolsun. Azərbaycanlı uşaqlar zədələnsə, Azərbaycan bütün dünyada “süni örtüklü meydançalar məkanı” kimi tanınsa da olar.
AFFA rəhbərliyinin bu 12 ildə gördüyü yalnız bir iş var- milyardlarla vəsaiti boşa xərcləmək, cibləri doldurmaq və Azərbaycanı bütün dünyada biabır etmək. Bu gün futbolumuz xilas etməyin yalnız bir yolu var hazırki, AFFA rəhbərliyi tam heyətlə istefaya getməli, bu sahədəki dağıntıya və rüsvayçılığa görə cavab verməli, futbolumuza isə bu işi bilən vicdanlı mütəxəssislər rəhbərlik etməlidir.
Bundan sonra gələcək rəhbərin konkret komandası olmalı, hər kəsin öz işi olmalı və bu işin peşəkarları olmalıdırlar- sponsorların futbola cəlb olunmasından tutmuş, azarkeşləri stadionlara qaytaracaq, uşaq futbolunun inkişafına görə məsul olan peşəkar kadrlar. Daha çox böyük futbola yox, uşaq futboluna diqqət ayrılmalı. Yalnız və yalnız bu halda futbolumuzda inkişaf, yığma komandalarımızı böyük turnirlərin final mərhələsində görə bilərik. Hazırki, AFFA rəhbərliyinin çalışdığı müddətdə isə biabırçılıqdan başqa heç nə olmayacaq. Zaman bunu sübut etdi.
İlkin ABBASOV
Sia.az
Bölməyə aid digər xəbərlər

12-02-2026, 23:24
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
12-02-2026, 17:07
"Neftçi"-"Qarabağ" oyunu təxirə salınmayacaq
12-02-2026, 13:17
"Sumqayıt" heyətinə daha bir futbolçu cəlb edib
12-02-2026, 10:33
Şaolin rahibləri və humanoid robotlar döyüş məşqinə başlayıblar
12-02-2026, 10:08
Azərbaycan millisinin rəqibləri bu gün bəlli olacaq
11-02-2026, 15:32
"Neftçi" klubu cərimələnib
11-02-2026, 14:01
"Qəbələ" klubu fransalı futbolçu ilə anlaşıb
11-02-2026, 13:44
"Qarabağ"-"Nyukasl" matçının biletləri sabah satışa çıxarılacaq
11-02-2026, 09:25
"Qarabağ" klubu dünya reytinqində irəliləyib
10-02-2026, 17:53
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
10-02-2026, 09:12
Premyer Liqa: bu gün dörd komandamız qarşılaşacaq
9-02-2026, 23:18
“Fənərbaxça” “Gençlerbirliği”ni məğlub edib
7-02-2026, 22:02
"Böyük Dəbilqə": cüdoçularımız iki medal qazanıb
7-02-2026, 16:49
I Liqa: XIII tura yekun vurulub
7-02-2026, 16:06
“Barselona” superliqa layihəsindən kənarlaşıb
6-02-2026, 21:37
Azərbaycan Premyer Liqasında XIX turun təyinatları məlum olub
6-02-2026, 17:24
"İmişli" 25 yaşlı oyunçu ilə anlaşıb
6-02-2026, 15:13
MOK separatçı ermənilərə görə BOK-a etirazını bildirib
5-02-2026, 21:15
"Turan Tovuz" "Kəpəz"ə qalib gəlib
4-02-2026, 18:57
Futbol üzrə 1/4 final mərhələsi başlayıb
4-02-2026, 12:06
“Neftçi” “Qarabağ”ın xahişinə “yox” deyib
4-02-2026, 10:27
Azərbaycan kuboku: bu gün iki oyun olacaq
3-02-2026, 17:11
Azərbaycan Kubokunda ilk oyunların təyinatları açıqlanıb
3-02-2026, 13:27
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
1-02-2026, 20:40
"Qarabağ" "Turan Tovuz"u məğlub edib
1-02-2026, 09:11
Premyer Liqa: bu gün dörd komandamız qarşılaşacaq
30-01-2026, 11:34
Azərbaycan UEFA reytinqində irəliləyib
29-01-2026, 20:07
VIII turun ən yaxşı oyunçusu müəyyənləşib
29-01-2026, 12:18
AFFA klubları cərimələyib - Səbəb
29-01-2026, 11:26
Qurban Qurbanov: "Pley-offa vəsiqə qazanmaq böyük nailiyyətdir"
29-01-2026, 09:10
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
28-01-2026, 23:10
"Liverpul" və "Qarabağ"ın start heyətləri açıqlanıb
28-01-2026, 12:25
Dünya çempionu Rəsul Çunayev vəzifəyə təyin olunub
27-01-2026, 23:28
Qurban Qurbanov: "Özümüzü "Liverpul"la oyuna kökləməliyik"
27-01-2026, 18:00
Dopinqə görə cəza alan idmançı barəsində maraqlı xəbər yayılıb
27-01-2026, 15:55
"Neftçi" klubu qolkiperlə müqavilə imzalayıb
27-01-2026, 15:28
Federasiya prezidenti dünyasını dəyişib - Foto
27-01-2026, 14:21
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
26-01-2026, 15:10
"Qarabağ” komandası İngiltərəyə yollanıb
26-01-2026, 14:58
AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb
26-01-2026, 13:11
"Liverpul"-"Qarabağ" oyununun baş hakimi bəlli olub
26-01-2026, 12:21
AFFA iki kluba texniki məğlubiyyət verib
26-01-2026, 10:44
Alpinist xüsusi avadanlıq olmadan 509 metr hündürlüyə qalxıb - Foto
25-01-2026, 20:49
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub
24-01-2026, 09:41
Azərbaycan millisi növbəti yoldaşlıq görüşü keçirəcək
23-01-2026, 16:45
"İmişli" "Araz-Naxçıvan"la heç-heçə edib
23-01-2026, 09:48
Qadın voleybolçular X tura yekun vuracaq
22-01-2026, 09:52
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
21-01-2026, 23:46
ÇL: "Qarabağ" tarixi qələbə qazanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək