Tarix: 05-03-2017 14:18 | Bölmə: İdman

"Xalqımızı Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edirəm. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub".
Reyting.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
Ölkəmizdə idman siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən nazir müavini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib: "Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis olunub. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana və idmançılara yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanırlar, Azərbaycanı layiqincə təmsil edirlər. Ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına ev sahibliyi edir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək