Tarix: 09-01-2017 14:31 | Bölmə: İdman

Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışını davam edirən Bakının "Neftçi" klubu daha 2 legioner futbolçu transfer edəcək.
Reyting.az xəbər verir ki, komandanın baş məşqçisi Elxan Abdullayev "Report"a deyib ki, Ukrayna "Stal"ında çıxış edən Azərbaycan millisinin üzvü Pavel Paşayevlə birgə ümumilikdə daha 3 transfer nəzərdə tutulub:
"Pavelin klubu ilə bağlı məsələlər var və hazırda danışıqlar davam edir. İki-üç günə dəqiq cavab veriləcək. Onun keçidi baş tutmazsa, iki legionerlə kifayətlənəcəyik".
Baş məşqçi hazırda komandanın düşərgəsində olan xorvatiyalı Damir Vidoviç və əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbuldan Antalyaya uça bilməyən yeni transfer çilili İqnasio Herrera haqqında da danışıb:
"Herrera bu gün komada ilə məşqlərlə qoşulacaq. Qalan bütün futbolçular komandanın düşərgəsindədir. Xorvatiyalı futbolçu ilə bağlı qərarımı isə hələ verməmişəm. Bir oyuna görə qəti söz demək olmaz. Növbəti oyunda da onu yoxladıqdan sonra qərarımı verəcəyəm".
Qeyd edək ki, "Neftçi" qış fasiləsində Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprext ("Slovan", Çexiya - icarə), İqnasio Herrera ("İrtış", Pavlodar), Kirill Petrov ("Olimpik" Donetsk, Ukrayna) və Pavel Dreksanı ("Karvina", Çexiya) heyətinə cəlb edib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək