Tarix: 04-02-2016 12:08 | Bölmə: İdman

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib. Reyting.az "Report"a istinadən xəbər verir ki, rəqib ikiqat qitə çempionu İtaliya yığması olub.
Serbiyanın paytaxtı Belqradda keçirilmiş qarşılaşma hazırkı çempionların qələbəsi ilə yekunlaşıb - 3:0. İlk yarının sonlarında azlıqda qalan Azərbaycan yığması tezliklə qapısında qol görüb. Aleks Merlim ikinci hissə başlayan kimi daha bir dəfə fərqlənib. Matçın sonlarında Daniel Giasson yekun nəticəni müəyyənləşdirib.
İtaliya - Azərbaycan - 3:0
Qollar: Aleks Merlim, 20; 21. Danel Giasson, 29
Qırmızı vərəqə: Amadeu, 19 (AZƏRBAYCAN)
Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna), Kamil Çetin (Türkiyə), Tomaş Frak (Polşa).
Belqrad. "Belqrad Arena"
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu fevralın 5-də Çexiya ilə üz-üzə gələcək. Qrup mərhələsinə fevralın 7-də yekun vurulacaq. Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparır. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibi 1/4 finala yüksələcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək