Tarix: 19-10-2016 13:26 | Bölmə: İdman
"Hər kəs Sent Etyendəki futbol atmosferini görmək istəyər. Mən də bu səfər oyununda meydana çıxmağı arzulayırdım. Möhtəşəm ajiotaj olacaq”.
Reyting.az Qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Baqali Dabo Fransa mətbuatına açıqlamasında deyib.
Fransalı hücumçu zədə səbəbindən sabahkı oyunu buraxacaq. O, buna görə çox məyus olduğunu bildirib:
"Sent Etyen”lə oyunu buraxacağımı biləndə çox pis oldum. Həvəslə oyunu gözlədiyim bir vaxtda zədələndim. "Joffrua Gişar"da olan atmosferi həmişə xatırlayıram".
Dabo sabahkı oyunda "Sent Etyen”in daha şanslı olduğunu qeyd edib:
"Azərbaycan Premyer Liqasının səviyyəsi Fransa Liqası ilə müqayisə oluna bilməz. Bu məntiqlə deyə bilərəm ki, "Sent Etyen” favoritdir. Ancaq bizim də yaxşı komandamız var. Layiqli mübarizə aparacağıq”.
Xatırladaq ki, sabah keçiriləcək "Sent Etyen” – "Qəbələ” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək