Tarix: 10-10-2016 17:08 | Bölmə: İdman

"Azərbaycana uduzduğumuz üçün çox məyusuq. İndi bunu müzakirə etmək üçün vaxtımız yoxdur".
Reyting.az saytı Qol.az-a istinadla xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo yerli mətbuata müsahibəsində deyib.
O, DÇ-2018-in seçmə mərhələsində millimizə uduzduqları oyunu bir daha xatırlayıb: "Bakıda bəxt bizim tərəfimizdə deyildi. Daha çox cinahlardan hücumlar qururduq. Rəqib qapımıza cəmi bir zərbə vurdu, o da qol oldu. Bizim isə 14 qol imkanımız olsa da, istifadə edə bilmədik”.
Hoqmo sabah San Marino ilə oyunda qələbə qazanacaqlarına inandıqlarını deyib: "Ardıcıl iki məğlubiyyətdən sonra bizə yalnız qələbə lazımdır. Qalib gələcəyimiz halda komandada psixoloji durum qaydasına düşə bilər".
Qeyd edək ki, Bakıda yığmamıza uduzan Norveç millisi hazırda qrupda 5-ci pillədədir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək