Tarix: 09-09-2016 16:28 | Bölmə: İdman

Vaxtilə Azərbaycanın məşhur futbolçusu olmuş, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov "Neftçi" rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirib.
Veteran futbolçu "xalq komandası"nın Müşahidə Şurasında təmsil olunmamasından narazılığını, şuradakıların top oyununun incəliklərini bilmədiklərini söyləyib. İ.Cavadov "Futbol+" qəzetinə açıqlamasında "Neftçi"nin hazırkı rəhbərliyinə nə məsləhət verə bilərsiz" sualına belə cavab verib:
"Komandanın indiki durumuna ürəyim ağrıyır. "Neftçi" Azərbaycanın futbol brendidi. Ancaq kimlərsə bunun mənasını başa düşmür. Ölkənin ən köklü klubu bir çox məsələlərdə dünənki "uşaqlardan" geri qalırsa, deməli, dəyişilməli olan nələrsə var. Klubun seçilmiş Müşahidə Şurası var. Zəhmət çəkib fikirləşsinlər ki, nəyi necə eləmək lazımdı.
Mənim məsləhətimə ehtiyac duyulsaydı, mən də orda olardım. Bəzən elə bilirlər ki, futbol klubunu idarə etmək asandı. Daha başa düşmürlər ki, bu işin öz incəlikləri var. Bəzi məsələlərə özəl yanaşma tələb olunur. Mən nəticələrə baxıram, əsəbləşirəm, narahat oluram, ürəyim ağrıyır. Ancaq əlimdən heç nə gəlmir".
AFFA İcraiyyə Komitəsinin üzvü olsa da, heç vaxt problemlərə açıq mövqe bildirməyən İ.Cavadovun qəfildən belə radikal çıxış etməsi, Çingiz Abdullayevə, dolayısı ilə Elxan Məmmədova bu cür ittihamlar səsləndirməsindən belə təxmin etmək mümkündür ki, tezliklə "Neftçi" rəhbərliyində radikal dəyişikliklər olacaq və Müşahidə Şurasında yer almaq istəyən Cavadov da iddiasını ortaya qoyacaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək