Tarix: 19-01-2016 17:19 | Bölmə: İdman

"Neftçi" klubu legioner futbolçu Jairo Filyo Rodrigeslə müqavilə müddətini uzadıb. Bu barədə "Report"a komandanın baş məşqçisi Əsgər Abdullayev məlumat verib.
Onun sözlərinə görə, 24 yaşlıbraziliyalıyarımmüdafiəçi cari mövsümün sonunadək "ağ-qaralar"ın heyətində çıxış edəcək. Əvəzində Ə.Abdullayev hazırda vətəni Slovakiyada olanqapıçıMiçal Peskoviçin komandadan göndərilmə ehtimalının böyük olduğunu bildirib:"Peskoviçlə söhbət etdik. O, qərar vermək üçün rəhbərlikdən bir neçə gün vaxt istədi. Ailə problemləri var. Hardasa bir-iki günə yekun qərarını bildirəcək və bu barədə ictimaiyyətə məlumat veriləcək".
"CBC Sport Kuboku"nda III turunMOİK-lə oyununda "Neftçi"nin qapısını Aqil Məmmədov yox, əvəzedici heyətdən cəlb olunan Ruzi Qiyaslı qoruyub. Baş məşqçi heyətdə yerli qapıçılara şans verdiklərini söyləyib: "Üstəlik, Dmitri Kramarenko da qapıçı yetişdirir. Bunu gələcəkdə görəcəksiniz".
Qeyd edək ki, MiçalPeskoviçlə avqustda, Jairo Filyo Rodrigeslə isəsentyabrda 2015-ci ilin sonunadəkmüqavilə imzalanıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək