Tarix: 26-12-2025 14:53 | Bölmə: İdman

Misli Premyer Liqasında çıxış edən klublar cərimələnib.
Reyting.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildrilib ki, "Kəpəz" "Turan Tovuz"la oyunda meydana kənar şəxslərin daxil olmasına görə 2500 manat ziyana düşüb. Gəncə təmsilçisi azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 7000 manat cərimələnib.
"Karvan-Yevlax" isə "Neftçi" ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. Həmin matçdan sonra meydana kənar şəxslərin daxil olması ucbatından bölgə klubu 5000 manat cərimə edilib. "Neftçi" azarkeşləri ilə oyunun sonlarında meydana kənar əşya atıblar və "ağ-qaralar"ı 4000 manat ziyana salıblar. Paytaxt komandasının tərəfdarları qarşılaşma bitəndən sonra isə rəqibin avtobusuna zərər vurublar və dəymiz zərər rəqib tərəfindən qarşılanacaq.
"Araz-Naxçıvan" isə 2000 manat cərimələnib. Buna "Şamaxı" ilə dueldə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəlməsi səbəb olub.
"Sumqayıt" isə "Sabah"la matçda beş futbolçusu sarı vərə ilə cəzalandığı üçün 700 manat ödəcəyəcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək