Tarix: 15-12-2025 09:36 | Bölmə: İdman

Bu gün Misli Premyer Liqasının XV turuna iki oyunla yekun vurulacaq.
Reyting.az xəbər verir ki, əvvəlcə "İmişli" Qubada "Karvan-Yevlax"la üz-üzə gələcək.
Görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:00-da start götürəcək. "İmişli" turnir cədvəlində 15 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik "Karvan-Yevlax" sonuncu - 12-cidir.
Turun son oyunu "Palms Sports Arena"da baş tutacaq. "Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 19:00-da başlayacaq. "Neftçi" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Sumqayıt komandası 26 xalla dördüncüdür.
Misli Premyer Liqası
II dövrə, XV tur
15 dekabr
14:00. "İmişli"-"Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu.
19:00. "Neftçi"-"Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
"Palms Sports Arena".
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Araz-Naxçıvan"ı (5:1) məğlub edib.(Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək