Tarix: 13-12-2025 10:36 | Bölmə: İdman

Hindistanda Lionel Messinin heykəli ictimaiyyətə təqdim edilib.
Halbuki daha əvvəl Kəlküttə şəhərində şərəfinə ucaldılan abidənin açılışını argentinalı futbolçunun özünün edəcəyi bildirilirdi. Heykəlin hündürlüyü 21 metrə yaxındır.
Reyting.az xəbər verir ki, azarkeşlər argentinalı futbolçunun taxtda oturmuş canlı ölçülü abidəsinin yerləşdiyi fan zonanı da ziyarət edə biləcəklər. Məkan onun kuboklarının surətləri ilə bəzədilib. Bundan əlavə, Messinin Mayamidəki evi də qurulub: orada futbolçu və ailəsinin manekenləri eyvanda əyləşmiş vəziyyətdədir.
“Ole” nəşrinin məlumatına görə, heykəlin rəsmi təqdimatı Kəlküttədəki 70 min tamaşaçı tutumuna malik “Salt Lake” stadionunda baş tutacaq. Daha sonra o, 2017-ci ildə ziyarəti zamanı açılmış Dieqo Maradonanın heykəlinin yanında yerləşdiriləcək.
Təhlükəsizlik səbəblərinə görə Messinin açılış mərasimini videobağlantı vasitəsilə izləyəcəyi bildirilir.
Bu gündən Messinin Hindistanın dörd şəhərinə - Kəlküttə, Haydarabad, Mumbay və Yeni Dehliyə üç günlük səfəri başlayır. Argentina millisinin hücumçusu “GOAT India Tour” çərçivəsində “Bollywood kralı” Şahrux Xan ilə birlikdə tədbirdə iştirak edəcək, sonra baş nazir Narendra Modi ilə görüşəcək.
38 yaşlı futbolçu həmçinin “İnter Mayami” klubundakı oyundaşları Luis Suares və Rodriqo De Paul ilə birlikdə moda nümayişində iştirak edəcək.
Qeyd edək ki, Messi ilk dəfə Hindistanda 14 il əvvəl olub. O, Argentina millisinin heyətində 2011-ci ilin sentyabrında Kəlküttədə Venesuelaya 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə iştirak edib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək