Tarix: 06-12-2025 00:19 | Bölmə: İdman

Azərbaycanın məşhur karateçisi, beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası (AKF) ilə aralarında yaranmış narazılıq barədə danışıb.
Reyting.az Azerisport.com-a istinadən xəbər verir ki, Avropa çempionu çətin anlarda Federasiya tərəfindən lazımi dəstəyin verilməməsindən şikayətlənib:
"Maaşları kəsirdilər, deyirdilər Rafael çıxır danışır. Demirdilər düz danışır. Danışmalıyam da. Dünya, Avropa çempionatı olanda, deyəndə ki, dizim ağrıyır, deyirdilər sən dağlısan, azərbaycanlısan, sən döyüşməlisən. Çıxırdım bir ayaqla döyüşürdüm. İstər Avropa çempionatı olsun, istər dünya çempionatı".
Rafael Ağayevin sözlərinə görə zədə ilə bağlı pul tələb edərkən ona qarşı laqeyd münasibət sərgilənib: "Dedim ki, ayağıma dərman lazımdır, iynə üçün pul lazımdır. Federasiyadan dedilər ki, Rafael, artıq bezdirmisən də. Dünyanın bir nömrəli idmançısına deyirlər ki, bezdirmisən, nə qədər iynə vurmaq olar? Mən robotam? Sözlə demək lazım deyil, Rafael biz sənin yanındayıq. Mən bu gün baxanda, o insanları yanımda görmürəm".
Ağayev tələblərinin şəxsi rifahdan daha çox, karyerasını davam etdirmək üçün zəruri olan tibbi ehtiyaclar olduğunu vurğulayıb:
"Mən nə istəyirəm? Deyirəm mənə maşın alın? Ev pulu verin? Yox. Ayağım zədələnib. Bu iynəni vurun ki, hambal kimi işləyim də. Avropa Oyunlarından 150 min pul qazananda, İslam Oyunlarından 150 min pul qazananda, Olimpiya Oyunlarından 300 min pul qazananda deyirdilər ki, ortalığa pul qoyaq, hamıya verəcəyik. Bəs mən yarışa hazırlaşanda onlar harda idilər?"
Rafael Ağayev özünün hazırkı peşəkarlıq səviyyəsini qeyd edərək, məşqçilik sahəsindəki qısamüddətli, lakin uğurlu fəaliyyətindən danışıb: "Heç kim məndən inciməsin. Mən demirəm ki, bu gün karateyə gəlsəm, bir ilə dünya çempionu olaram. Yox, mən də çalışmalıyam, mən də işləməliyəm. Mən demirəm ki, məndən başqa məşqçi yoxdur, düzdür, dünyanın bir nömrəli idmançısıyam. Məşqçi fəaliyyətim çox az olub. 11 ay baş məşqçi olmuşam və 11 ay ərzində bir dünya, iki Avropa çempionu və bir Avropa üçüncüsü - 11 aya bu qədər nəticə vermişəmsə, bu nə isə bildirir"
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək