Tarix: 04-12-2025 13:30 | Bölmə: İdman

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XIII turunda baş tutan "Şamaxı" - "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb.
Reyting.az xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.
İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə daha ağır cəza verib. Mütəxəssis "Şamaxı" ilə oyunda rəqib komandanın texniki zonasında qeyri-etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub.
"Sumqayıt" klubu isə baş məşqçinin hərəkətinə görə 10000 manat cərimələnib.
Bundan əlavə, "Sumqayıt" 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib.
29.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "İmişli"-"Sabah" oyununda "İmişli" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "İmişli" komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "Qəbələ"-"Araz-Naxçıvan" oyununun 90+4-cü dəqiqəsində "Qəbələ" komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Qəbələ" komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək