Tarix: 04-12-2025 12:55 | Bölmə: İdman

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov mövsümün sonunda karyerasını bitirməsi ilə bağlı danışıb.
Reyting.az xəbər verir ki, 34 yaşlı futbolçu ötən gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Karvan-Yevlax”a 3:0 qalib gəldikləri matçdan sonra bu barədə fikirlərini açıqlayıb.
Təcrübəli oyunçu hələ də meydana çıxmaq istədiyini bildirib: “Bilmirəm, bu xəbər necə çıxıb. Bəlkə məni tez yola salmaq istəyirlər? (gülür) Bu, doğru xəbər deyil. Necə ortaya çıxdığını da bilmirəm. Mövsümün sonunda hoca (Qurban Qurbanov nəzərdə tutulur -red.) ilə danışacağıq. Lakin mən özümdə güc hiss edirəm və hələ də oynamaq istəyirəm. Əgər komandaya faydam dəyəcəksə, niyə də karyeramı davam etdirməyim? Özümü başqa komandada təsəvvür edə bilmirəm. Ümid edirəm ki, hoca komandaya xidmətimə ehtiyac duymadığını deməz (gülür)”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək