Tarix: 02-12-2025 09:17 | Bölmə: İdman

Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start veriləcək.
Reyting.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma olacaq.
Əvvəlcə “Şahdağ Qusar” “Turan Tovuz”la üz-üzə gələcək.
Rəvan Həmzəzadənin idarə edəcəyi matç saat 15:00-da başlanacaq.
Günün digər oyunu “Zirə” və “Neftçi” arasında təşkil olunacaq.
Tural Qurbanova həvalə edilən görüşün start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları 3-4 dekabrda keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/8 final mərhələsi
2 dekabr
15:00. “Şahdağ Qusar” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
“SOCAR Polymer Arena”.
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu.(Teleqraf)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək