Tarix: 15-01-2016 16:04 | Bölmə: İdman

AFFA-nın xüsusi komissiyası ötən ilin noyabrında bəzi Kütləvi İnformasiya Vasitələrində sabiq FIFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərlə bağlı məsələni araşdırıb.
Məlumatına görə, oyunun gedişatı, hakimlərin qərarları geniş təhlil edilib və hadisənin canlı şahidlərinin fikirləri öyrənilib.
Nəticədə iddia olunan rüşvət faktının öz təsdiqini tapmaması ilə bağlı qərar qəbul edilib.
Videogörüntülər 2001-ci il iyulun 28-də
UEFA Kuboku turnirində "Osiyek (Xorvatiya) - "Dinaburq” (Latviya)
komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb. Videogörüntülərdə
eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, oyunun yan xətt hakimi
Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov oyunun 72-ci dəqiqəsində baş
hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət
təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.
Qeyd olunmuş videogörüntülər ictimailəşən kimi AFFA məsələnin araşdırılması
üçün xüsusi komissiya yaradıb. Komissiya üzvləri AFFA-nın İcraiyyə Komitəsinin
üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, AFFA-nın hüquqşünası Rəmiş
Malıyev, AFFA-nın təhlükəsizlik xidmətinin rəisi Ağamehdi Mehdiyev, PFL-in baş
direktoru Məlik Həsənov və PFL-in Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov
olub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək