Tarix: 19-04-2016 13:11 | Bölmə: Siyasət

"Ermənistan "dördgünlük müharibə”də biabırcasına məğlub oldu”.
Bu barədə erməni politoloq İqor Muradyan "Lragir” saytına deyib.
Onun sözlərinə görə, Rusiya yenidən Ermənistan və Azərbaycana silah satışını davam etdirəcəyini deyir:
"Ermənilər beynəlxalq arenada bu məsələni qaldırmalıdırlar. Ermənistan təkcə müharibə meydanında deyil, hər şeydə məğlub oldu və növbəti dəfə gülünc vəziyyətə düşdü”.
Muradyan qeyd edib ki, Ermənistanda gənc nəsil ruslardan asılılığa qarşı çıxırlar: "Ermənistan hakimiyyəti və generalları isə rusların vassalı olmağa üstünlük verirlər. Bir müddət əvvəl Putinin məsləhətçisi şəxsən mənə demişdi ki, ABŞ tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına ən kiçik cəhd belə ermənilər üçün faciə ilə qurtaracaq. Zəif, qorxaq erməni hakimiyyəti xarici siyasətlə məşğul olmaq vəziyyətində deyil. Onlar müxtəlif rus generallarının qarşısında tir-tir əsirlər”.
Erməni politoloq bildirib ki, Rusiya da Ermənistanı sözəbaxan vassal vəziyyətinə salıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək