15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dünyanın diqqəti Tramp-Putin görüşünə yönəlib
Tarix: 14-07-2018 16:04 | Bölmə: Siyasət

İyulun 16-da ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Helsinkidə bir araya gələcək.
Reyting.az xəbər verir ki, bu görüş xeyli müddətdir dünyanın bütün siyasi dairələrinin diqqətindədir.
Ötən gün isə Brüsseldə NATO sammiti çərçivəsində mətbuat konfransı keçirən Tramp bildirib ki, Putinlə görüş proqramı zəngin olacaq: “Görək, nə baş verəcək. Bu görüş səmərəli ola da bilər, olmaya da bilər. Amma fikrimcə, Putinlə görüş əla fikirdir”.
Rusiya tərəfi isə Trampla görüş barədə hələlik diqqətçəkən açıqlamalar verməsə də, son 3 gün ərzində Putinin keçirdiyi bir çox görüşlər göstərir ki, o, bu görüşə hazır sənədlərlə getmək istəyir. Putinin İsrailin baş naziri ilə görüşdən sonra İran rəsmiləri ilə görüşməsi və bundan sonra verilən açıqlamalar isə göstərir ki, Rusiya hələ də bir çox məsələlərdə ABŞ-la razılığa gələ bilməyəcək. Xüsusi ilə İran mövzusunda. Necə ki, ötən gün İran rəsmilərini qəbul edən Putin görüşdən sonra “Rusiya İran iqtisadiyyatına 50 milyard dollar sərmayə qoyacaq”,- açıqlaması yayıldı.
İran rəsmilər bu görüş barədə olduqca məmnun bəyanatlar verdi. ABŞ Maliyyə Nazirliyi isə elə həmin günün axşamı “İrandan neft alan bütün ölkələr, o cümlədən Rusiya və Çin də sanksiya ilə üzləşəcək”, - bəyanatını səsləndirdi.
Bunun ardınca Fransanın ən böyük neft şirkəti olan “Total” İranın neft bazarını tərk etdiyini bəyan elədi, İsrail isə Suriyada Əsəd ordusuna məxsus 3 hərbi bazanı bombaladı. Yəni vəziyyət gərginliyə doğru getməklə yanaşı, həm də ona dəlalət edir ki, ABŞ və Rusiya arasında həlli mümkünsüz görünən çox böyük məsələlər var.
Belə bir məqamda isə ABŞ-ın “The Hill” nəşrində Ceyms Koyl maraqlı təhlillə çıxış edib.
Reyting.az saytı həmin təhlilin maraqlı olacağını nəzərə alaraq oxucularına təqdim edir:
İyulun 16-na planlaşdırılan Tramp-Putin Helsinki sammitinə dünyanın intizarına baxmayaraq, ABŞ və Rusiya arasında mühüm məsələlərə dair razılıq əldə ediləcəyi imkanları kövrəkdir. Doğrudur, milli təhlükəsizlik məsləhətçisi Con Bolton narahatlığa əsas görmür. Deyir ki, zirvənin uğuru nəticələrdən asılı deyil. Başqa sözlə, müvəffəqiyyət heç bir ölçüləbilən nailiyyətlə deyil, yalnız proseslə qiymətləndirilir. Bu, dünyaya daha çox Vaşinqtonun baxışıdır.
Rusiyanın 2016 seçkilərində müdaxiləsi gündəmdə olmayacaq. Donald Tramp dəfələrlə heç bir müdaxilənin baş vermədiyinə inandığını bəyan edib. CIA, FBI, NSA və Milli kəşfiyyat direktoru daxil olmaqla, dörd əsas xüsusi xidmət rəhbərinin yekdil qərarına müxalif olmaqla. O, fakt olaraq Rusiyanın dövlət başçısı Vladimir Putinin müdaxilə etməmə barədə sözlərini misal gətirir.
2015-ci ilə dair Rusiya Milli Təhlükəsizlik Strategiyasında Putin Birləşmiş Ştatları Rusiyanın düşməni olaraq təyin edib. Tramp açıq düşmənin ehkamını öz hökumətinin sözü kimi qəbul edir.
Digər məsələlər də həll olunmalıdır, amma Amerika və Rusiyanın dünya miqyasında hədəfləri qarşılıqlı şəkildə bir-birinə ziddir.
Birləşmiş Ştatlar Suriyada prezident Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasını istəyir, Rusiya isə Əsəd hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə müdaxilə edib.
İranda Birləşmiş Ştatlar nüvə razılaşmasına dəstəyi geri götürüb, mollaların iqtidarını təcrid etməyə ümidlidir. İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, “İran və Rusiyanın regional məsələlərlə bağlı mövqeləri bir-birinə çox yaxındır”.
2017-ci ilin noyabrında Tehrana səfəri zamanı Putin Rusiya-İran münasibətlərinin “çox məhsuldar” olduğunu bəyan edib. İranın hərbi rəhbəri Məhəmməd Baqiri iki ölkə arasında yaxın hərbi əlaqələri təsdiqləyib.
Ukraynaya gəlincə, prezident Tramp Rusiyanı G7-yə geri çağıraraq, sanksiyaların zəiflədilməsini nəzərdə tutub. Bunu Kremldə alqışlamaq olar, çünki Rusiya öz təcavüzünə görə minimum zərər görəcək.
Müharibə zolağında, Rusiya ilə sərhəd boyunca, ABŞ sülhməramlıları görmək istəyir. Putin bu tədbirə qarşı çıxarkən, sülhməramlıların yalnız Ukrayna ordusu və üsyançı qüvvələri ayırmalı olduğunu bildirir – bu halda, üsyançı bölgələr Moskvaya güvənərək müstəqil qalacaq.
Regionda baş verən digər münaqişələr də – Moldova, Gürcüstan, Azərbaycan – Ağ Evin radarına düşüb.
Türkiyə də Rusiya “S-400” raketlərini almaqla yanaşı, qaz kəmərləri və nüvə stansiyalar inşa edir. ABŞ əksinə, “F-35” döyüş təyyarələrinin Türkiyəyə satışını ləğv etməyə çalışır.
Yaxın Şərqdə Tramp administrasiyası İsrail-Fələstin sülhü üçün bir plan təklif edir. Moskvaya səfər edən “HƏMAS” səlahiyyətliləri rusların Amerika sülh planına qarşı çıxmasına dair razılaşdıqlarını bildirib.
Əlbəttə, ikitərəfli əlaqələrə ən yaxşı ümid – Rusiya prezidentinin Trampın Şimali Koreya prezidenti Kim Dzyan (Çen) İnla görüşünü dəstəkləməsidir. Rusiya Sinqapur zirvəsini tərifləsə də, gələcək ABŞ-Şimali Koreya danışıqlarının dəliyinə diplomatik açarını salmağa başlayıb.
Putinin sözlərinə görə, Kimin nüvə silahını təslim etməsindən qabaq Şimali Koreyanın “mütləq təhlükəsizlik zəmanəti” olmalıdır. Şimali Koreya və Çin rəsmiləri ilə görüşdə, Rusiyanın Şimali Koreyanın müvəqqəti addımlar atma qabiliyyətini məhdudlaşdırmağa çalışdığı görünür. Çünki Rusiya NATO-nun qərb sərhədində genişlənməsinə qarşı çıxarkən, şərqə üz tutan Amerikadan məmnun olmayacaq.
Amerika Venesuela rəhbərliyinə sanksiyalar tətbiq etməklə, onu antidemokratik yoldan döndərmək üçün təzyiq etməyə çalışır. Ancaq Rusiya Venesuelanı dəstəkləməyə davam edir. Prezident Nikolas Maduronun iki rus məsləhətçisi var: Denis Drujkov və Fyodor Boqorodski; onlar venesuelalılara “Petro” kripto valyutasını tətbiq etməyə kömək edib. “Time” jurnalının məlumatına görə, Putin şəxsən Venesuelanın Amerika sanksiyalarından yayınmasına kömək etmək üçün əməliyyat planına imza atıb.
Şimali, cənub, şərq və ya qərb, fərq etmir, Amerika və Rusiyanın mövqeləri üst-üstə düşmür. Ümid etmək qalır ki, iki supergüc gərginliyi azaltmaq üçün ortaq təməl tapacaq, amma kompromisə ümid azdır.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək