15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bakıda beynəlxalq elmi konfrans keçirilib - Fotolar
Tarix: 05-05-2018 15:41 | Bölmə: Siyasət

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirib.
Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Konfransın müxtəlif ölkələrdəki, bölmə iclasları Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda, Minsk Dövlət Linqvistika Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda, Belqrad Universitetində “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda, Auqsburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda, Azərbaycan Dillər Universitetində “Heydər Əliyev siyasəti: multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda keçirilib. Bölmə iclaslarında ADU-nun, eləcə də AMEA-nın, digər universitetlərin alimləri, professorları, elm adamları iştirak ediblər.
Bu gün Azərbaycan Dillər Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın bağlanış mərasimi baş tutub.
Bağlanış mərasimində Türkiyə Respublikasından 6 nəfər, Gürcüstan Respublikasından 7 nəfər, İtaliya Respublikasından 9 nəfər, Çin Xalq Respublikasından 8 nəfər, Rusiya Federasiyasından 11 nəfər, Belarus Respublikasından 2 nəfər, Ukrayna Respublikasından 2 nəfər, Almaniya Federativ Republikasından 4 nəfər olmaqla ümumilikdə 48 nəfər xarici qonaq iştirak edib.
Tədbirdə eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Yeni Azərbaycan Partiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Nəsimi rayon İcra hakimiyyətinin, Azərbaycanda akreditasiya olunmuş müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, millət vəkilləri, universitet rektorları, milli və dini icmaların rəhbərləri və nümayəndələri iştirak edib.
Bağlanış mərasimindən öncə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla başda olmaqla, universtitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar universitetin foyesində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyublar. Sonra Heydər Əliyevin 95 illiyi ilə əlaqədar universitetin həyətində müxtəlif növ dekarativ çiçəklər əkilib.
Bundan sonra konfransın bağlanış mərasimi başlayıb.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilər Şurasının sədri akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, təbriklərini çatdırıb: “Əziz dostlar, hörmətli qonaqlar, möhtərəm millət vəkilləri, nazirlik və icra nümayəndələri, hörmətli ictimai-siyasi xadimlər, ali məktəb və elmi müəssisə rəhbərləri, hörmətli həmkarlar və əziz tələbələr!
Hamınızı səmimi qəlbdən salamlayıram və “Heydər Əliyev – 95” devizi altında “Heydər Əliyev: multikuturalizm və tolerantlıq ideyalogiyası” adlı konfransın öz işini yüksək səviyyədə başa vurması münasibətilə hamınızı təbrik edirəm”.
Konfransın hamımızın ürəyində məhəbbətini illərlə və gələcəkdə də əbədiyyən qoruyub saxlayacağımız Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunduğunu deyən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işlərin təbliğ edilməsi, ulu öndərin nəcib siyasətinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən konfransın xarici ölkələrdə baş tutan bölmə iclasları çox yüksək səviyyədə keçib: “Konfransın formatı unikaldır. Konfransın bölmə iclasları 10 ölkədə, 14 universitetdə yüksək səviyyədə baş tutdu. Bölmələrin mövzuları çox maraqlı idi. Bölmə iclası hansı ölkədə keçirilirdisə, həmin ölkə ilə Azərbaycan arasında münasibətlərin qurulmasında Heydər Əliyevin rolu mövzusu müzakirə olunurdu, Ulu öndərin siyasəti daha dərindən öyrənilirdi. Bu konfrans Ulu öndərin xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, eyni zamanda da universitetimizin xarici əlaqələrinin dərinləşməsinə imkan yaratdı. Konfransın gəncliyə də böyük töhfəsi var və tələbələrə öz həmyaşıdları ilə əlaqələrin qurulmasında böyük rolu var. Digər universitetlərimizin də bu əlaqələrdən faydalanmasına şərait yaradacağıq. Biz bu funksiyanı da böyük məmnuniyyətlə həyata keçirəcəyik.
Əlbəttə, konfransın belə yüksək səviyyədə keçməsi asan başa gəlmədi, əməkdaşlarımızdan tutmuş tələbələrimizə qədər hamının ciddi, gərgin əməyi nəticəsində belə bir mötəbər konfransı ərsəyə gətirdik. Əməyi keçən hər bir kəsə bir daha təşəkkürümü bildirirəm. Ümid edirəm ki, konfransımız Ulu öndərin əziz və unudulmaz xatirəsi qarşısında kiçik də olsa bir töhfə olacaqdır”.
Konfransın mənəvi dəyərinin çox yüksək olduğunu bildirən Kamal Abdulla konfransa dəstək verən Yeni Azərbaycan Partiyasına və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təşəkkürünü çatdırıb.
Kamal Abdulla məlumat verib ki, ulu öndərə həsr olunmuş beynəlxalq konfransın Serbiyanın Belqrad Universitetində keçirilən bölmə iclası zamanı Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub: ”Əminəm ki, mərkəz dilimizin, mədəniyyətimizin təbliğ olunması istiqamətində böyük işlər görəcək, fəaliyyətini uğurla davam etdirəcək”.
Rektor qeyd edib ki, konfransın bağlanış mərasiminə xarici ölkə universitetlərdən 50 nəfər qonaq-rektorlar, prorektorlar, alimlər- təşrif buyurub: “Böyük xoşbəxtlikdir ki, dünyanın bir çox yerlərindən olan həmkarlarımız səsimizə səs verdilər. Bir daha vurğulamaq istəyirəm ki, bu konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları həmin universitetlərdə öz izini qoyub. Konfransın bağlanış mərasiminə gələn qonaqlar bölmələrin işi haqqında fikirlərini bölüşərkən siz bunun bir daha şahidi olacaqsınız”.
Kamal Abdulla vurğulayıb ki, bu gün ulu öndərin siyasəti dərindən öyrənilir: “Bu gün Azərbaycanda həqiqətən multikultural, tolerant cəmiyyət qurulmuşdur. Bizim cəmiyyətimizin əsrlərdən bəri çiçəklənirsə, onun siyasi ahəngi, siyasi dəstəyi, siyasi əsası Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir. Bu gün multikultural dəyərlər çox sədaqətli, etibarlı və ləyaqətli bir siyasi yolla irəliləyir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycanın siyasəti də, iqtisadiyyatı da, mənəviyyatı da bir çox ölkələrdən, elə yaxın və uzaq qonşularımızdan fərqli olaraq Azərbaycan xalqının və dövlətinin əlindədir. Buna etimad, sədaqət hamımızın ümdə borcudur. Bunun əsasını da Heydər Əliyev qoyub”.
Rektor konfransda iştirak edən və bölmə iclaslarını təşkil edən xarici ölkələrin universitetlərinin nümayəndələrinə və konfransın təşkilinə dəstək olmuş hər kəsə təşəkkürünü bildirib: “Biz hamımız qəlbimizlə bu işdə iştirak etdik. Bütün insanlara təşəkkürümü çatdırmaq istəyirəm. Azərbaycana xoş gəldiniz. Gördüyünüz işlər üçün Azərbaycan öz minnətdarlığını qəlbində sizə qarşı həmişə saxlayacaqdır və biz öz dostlarımızın timsalında sizi həmişə öz yanımızda görəcəyik. Konfrans çox yüksək səviyyədə keçdi. Konfransımız bitdi. Yaşasın konfrans!”
Sonra Ural Federal Universitetinin İnstitut direktoru professor Simanyuk Elvira Evaldovna, Kiyev Milli Linqvistik Universitetinin rektoru professor Vasko RomanVladimiroviç, Atatürk Universitetinin rektoru professor Ömər Çomaklı, Ərciyəs Universitetinin nümayəndəsi Erdem Talat Hakan, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun, prorektoru Koltakova Yelena Viktorovna, Kassino Cənubi Latsio Universitetinin professoru A. Fiqus, Moskva Dövlət Linqivistik Universitetinin şöbə müdiri Konev Vladimir Nikolayeviç, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialının elmi işlər üzrə direktor müavini professor Quseva Yuliya Nikolayevna, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, Çin Sosial Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru Zhang Shuhua, Minsk Dövlət Linqivistik Universitetinin prorektoru professor Paşkeviç Vladimir Vyaçeslavoviç, Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, Auqsburq Universitetinin professoru Klaus Volf, Azərbaycan Dillər Universiteti rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov konfransın bölmə iclaslar ilə bağlı yekun təqdimatla çıxış ediblər. Qeyd edilib ki, Ulu öndərə həsr olunmuş mötəbər konfrans çox yüksək səviyyədə keçib, Heydər Əliyevin multikultural və tolerant siyasəti bağlı iştirakçılara geniş məlumatlar verilib, məruzələr oxunub. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi qarşılıqlı-faydalı əməkdaşlığa, mövcud tərcübələrin bölüşməsinə və paylaşılmasına böyük töhfə verir.
Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərləri, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının digər millətlərlərlə birgə yaşayışının təmin edilməsi, millətlərarası münasibətlərin tənzimlənməsi yönündə oynadığı vacib rolundan söz açıblar. Konfransın bu dəyərlərin genişmiqyaslı vüsət alması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu qeyd edən qonaqlar konfrans haqqında fikirlərini bölüşüb və belə bir mötəbər konfransın uğurla baş tutması münasibətilə Azərbaycan Dillər Universitetini ürəkdən təbrik ediblər.
Daha sonra Fransa, İtaliya, Rusiya, Gürcüstan və başqa ölkələrin nümayəndələri çıxış edərək konfransın unikallığını qeyd ediblər və səmimi təbriklərini çatdırıblar.
Sonda Heydər Əliyevə həsr olunmuş ADU tələbələrinin hazırladıqları bədii proqram nümayiş olunub. Tələbələrin ifasında Heydər Əliyevin ən sevdiyi mahnılar – “Alagöz”, Küçələrə su səpmişəm” və s. səslənib.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək