15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ermənistanda aksiyalar yenidən qızışır; Küçələrə zirehli texnika çıxarılıb
Tarix: 26-04-2018 09:01 | Bölmə: Siyasət

Ötən gün Ermənistanda etiraz aksiyaları yenidən bərpa olunub. Aprelin 24-ü gecəsi müxalifət lideri, deputat Nikol Paşinyanın hökumətə müvəqqəti rəhbərlik edən Karen Karapetyanla görüşdən imtina etdiyini açıqlayandan sonra İrəvanda vəziyyət yenidən kritikləşib.
“Yeni Müsavat” erməni mənbələrinə istinadən xəbər verir ki, aprelin 25-də səhər saatlarından etibarən Ermənistanın Respublika meydanında etiraz aksiyalarının növbəti dalğasına start verilib və gün ərzində davam edib. 11 günlük fasiləsiz etiraz aksiyalarından sonra, 23 apreldə baş nazir Serj Sərkisyanı istefaya göndərən N.Paşinyan 25 apreldə müvəqqəti hökumətlə danışıqlara gedəcəyini bəyan etsə də, 24 aprel gecəsi fərqli mövqe ortaya qoyub. Ermənistanın baş naziri postunu müvəqqəti icra edən Karen Karapetyan bəyan edib ki, görüş olmayacaq. Bunun səbəbi barədə danışan Karapetyanın sözlərinə görə, müxalifət lideri N.Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Paşinyan isə öz növbəsində xalqa müraciətlə 25 apreldən etibarən vətəndaş itaətsizliyini davam etdirməyə çağırıb. Müxalifət lideri bəyan edib ki, heç bir halda hakim Respublikaçılar Partiyasının hakimiyyətdə qalmasına razılıq verməyəcəklər.
Ermənistanın İrs Partiyası da tərəfdarlarını İrəvandakı etiraz aksiyalarına qoşulmağa səsləyib. Məşhur erməni iş adamı Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası da analoji bəyanatla çıxış edib. Bundan əvvəl isə “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Çarukyanla məşhur rusiyalı milyarder Samvel Karapetyan arasında görüş olub. Karapetyanın Çarukyana baş nazir postunu və Respublika Partiyası ilə koalisiya hökuməti yaratmağı təklif etdiyi, lakin Çarukyanın təklifi rədd edərək etirazlara qoşulduğu bildirilir. Hazırda Ermənistanın ana müxalifəti Çarukyan Bloku sayılır. Blok parlamentdə 31 deputata sahibdir. İrəvanda Mərkəzi Bank etirazçılar tərəfindən mühasirəyə alınıb. Etirazçılar xüsusi texnikanın Mərkəzi Bankın ətrafına gətirilməsinə maneə yaradırlar. Etirazçılar İrəvandakı “Zvartnots” hava limanına gedən yolu qapadıblar. Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda da etirazlar başlayıb. Etirazların əsas aparıcı qüvvəni Vanadzor Dövlət Universitetinin tələbələridir.
Ermənistanın hakim Respublika Partiyası öz mövqeyini tezliklə açıqlayacaq. Partiyanın fraksiya rəhbəri Baqram Baqdasaryan belə deyib. Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, bu gün növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini müzakirə etmək üçün hakim partiyanın parlament fraksiyası öz iclasını çağırıb. Baqdasaryan deyib ki, ya bu axşam, ya da sabah Respublikaçılar Partiyası yekun mövqeyi barədə bəyanat yayacaq. “Biz Milli Məclisdə çoxluq təşkil edirik və baş nazirliyə namizədlə bağlı qərar qəbul edəcəyik”-Baqdasaryan əlavə edib.
Ola bilərmi ki, baş nazir əvəzi Karen Karapetyan da bir gün Serj Sərkisyan kimi çıxıb “Paşinyan haqlı idi, mən səhv etmişəm” desin" sualına cavabında Baqdasaryan belə deyib: “Bu gün Karen Karapetyan baş nazir əvəzidir və o öz vəzifəsini yerinə yetirir”.
Nikol Paşinyan isə heç bir halda Respublika Partiyasının rəhbərliyi altında növbədənkənar seçkiyə getməyəcəklərini deyib. Paşinyan belə bir təcrübəni 2017-ci ildə yaşadıqlarını bildirib: “İnqilab göstərdi ki, Respublika Partiyası Ermənistanda hökm edə bilməz. Serj Sərkisyan istefaya getdi, amma Respublika Partiyası hələ də hakimiyyətdədir”. O, Sərkisyanın Ermənistanı kölgədən idarə etmək istədiyini deyib. Paşinyan öz Feysbuk səhifəsində Avropa Birliyinin Ermənistandakı səfirləri ilə görüşdüyünü bəyan edib. O, yaxın zamanlarda Rusiya və ABŞ-ın Ermənistandakı səfirləri ilə də görüşəcəyini yazıb (Axar.az).
Respublika Partiyasında da vəziyyət gərginləşməyə başlayıb. Respublika Partiyasından olan deputat Aşot Ağababyan Nikol Paşinyanı dəstəkləyib. Parlamentdə bu partiyanın üzvlərinin çoxu Karen Karapetyanı dəstəkləməkdən imtinaya çağırılıb. Deputatların fikrincə, Karapetyan hakimiyyətə gələcəyi halda İrəvan tam olaraq Rusiyanın əyalətinə çevriləcək. Karen Karapetyanın Paşinyanla görüşdən imtina etməsindən öncə yaşanan ən mühüm olay isə Nikol Paşinyanın gözlənilmədən qondarma Qarabağ rejiminin lideri Bako Saakyanla görüşməsidir. Saakyan görüşdə Paşinyanı dialoqa çağırıb. Maraqlıdır ki, Saakyan həm Serj Sərkisyanın istefasında, həm də Karen Karapetyanın dəstəklənməsində mühüm rol oynamağa davam edir.
Paşinyan ilk dəfə özünün hansı xarici siyasət yürüdəcəyini açıqlayıb. “Yelk” Blokunun tərkibində kəskin antirusiya mövqeyi tutan Paşinyan gözlənilmədən maraqlı açıqlamalar verib. O, Rusiya bazasının Ermənistana gərək olduğunu, İrəvanın Moskva ilə erməni xalqının maraqları çərçivəsində sıx əlaqələr yaradacağını, Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dərhal çıxmayacağını bildirib.
Ermənistan prezidenti seçilməyinə peşiman olan Armen Sərkisyan isə parlamentdə olan və parlamentdən kənar siyasi qüvvələrin rəhbərliyi ilə məsləhətləşmələrə başlayacağını bəyan edib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Erməni prezident müxalifət lideri Nikol Paşinyanla baş nazir əvəzi Karen Karapetyan arasında planlaşdırılan danışıqların baş tutmamasından təəssüfləndiyini qeyd edib. Deyib ki, bu gün onun ölkəsi ciddi imtahan qarşısındadır.
Ermənistanın İdman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərinin icraçısı Qroç Rostomyan da istefaya gedib. O, bu addımı “Çiçəklənən Ermənistan” Partiyasının İrəvandakı etirazları dəstəkləməsi qərarına uyğun olaraq atdığını bildirib. İrəvandakı etiraz aksiyalarına İşıqlı Ermənistan və Hnçak partiyaları da qoşulub. Hnçak Partiyası Respublika Partiyasının təcili istefaya getməsi gərəkliyini açıqlayıb.
Ermənistanın Noyamberyan rayonunda yerləşən Gürcüstanla sərhəddəki Baqrataşen gömrük keçid məntəqəsi etirazçılar tərəfindən ələ keçirilib. Məlumatı Nikol Paşinyan yayıb. Müxtəlif istiqamətlərdən yürüş edən etirazçılar “Respublika Partiyası, çıx get!”, “Nikol-baş nazir!” şüarlarını səsləndirirlər. “Çiçəklənən Ermənistan” Partiyası da tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Vəziyyətin kritikləşməsi səbəbindən küçə və meydanlarda polisin sayı artırılıb. Həmçinin mərkəzi küçələrə BTR-lər çıxarılıb. Yazı çapa hazırlanana qədər polis aksiyaya müdaxilə etməmişdi. Rusiyanın hərbi bazasının yerləşdiyi Gümrü şəhərində də minlərlə insan küçələrə çıxaraq hakim partiya əleyhinə tələblər səsləndirir.
Ermənistanın tanınmış idmançıları da müxalifətin etiraz aksiyasına qoşulublar (“Report”). Onların arasında olimpiya, dünya çempionları da var. İdmançılar Ermənistan Olimpiya Komitəsinin binası qarşısından etirazçıların yürüşünə qatılıblar. Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan aprelin 25-də istefa verib.
Ermənistandakı durum hadisələri müşahidə edən böyük dövlətləri də hərəkətə gətirib. ABŞ Ermənistanda hakimiyyətin dinc yolla keçidinin təminatı üçün bütün tərəfləri konstruktiv dialoqa çağırıb. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib. “Qarşıdakı günlər Ermənistan xalqı və onun seçilmiş liderləri üçün tarixi andır. Bir halda ki, onlar yeni hökumətin formalaşdırılması prosesinə başlayırlar. Biz hakimiyyətin dinc yolla ötürülməsinin təminatı üçün bütün tərəfləri Ermənistanın konstitusiyası çərçivəsində konstruktiv dialoqa çağırırıq”, - deyə o bildirib. Dövlət Departamentinin rəsmisi qeyd edib ki, ABŞ yeni hökumətlə bir çox sahələrdə qarşılıqlı maraq kəsb edən sıx əməkdaşlığın başlanğıcını səbirsizliklə gözləyir.
Digər bəyanat isə Moskvadan gəlib. “Rusiya əvvəlki kimi Ermənistandakı hadisələri bu ölkənin daxili işi hesab edir və ümid edir ki, yaxın zaman konsensus əldə olunacaq”. Bu sözləri isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib (Axar.az). O bildirib ki, Kreml Ermənistandakı situasiyanı diqqətlə izləyir. Qeyd edək ki, 23 apreldə Serj Sərkisyanın baş nazirlikdən istefa verməsinə D.Peskovun məhz eyni cür açıqlama verməsinin səbəb olduğu iddia edilmişdi.
Ermənistandakı hadisələr təkcə sosial səbəblərdən yox, həm də anti-Rusiya əhvalından yaranıb. Bunu “Rustavi 2" televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili deyb. ”Sərkisyanın arxasında bir neçə oliqarx, o cümlədən Rusiyadakı erməni oliqarxları dayanırdı. Onlar Ermənistandakı hər şeyə nəzarət edirdilər. Məhz onlara görə ölkədən əhalinin yarısı qaçmışdı.
Ermənistan Rusiyanın orbitində qalmayacaq. Hər kəs Rusiyanın Qafqazda hansı oyunu apardığını bilir. Moskva Qarabağda nə Ermənistan, nə də Azərbaycanın qələbəsini istəyir. O bir əliylə Ermənistana, digəriylə isə Azərbaycana silah verir. Onun hədəfi Qafqazda konfliktin saxlanılmasıdır", - deyə o bildirib.
Bu arada Ermənistan parlamentindəki müxalif “Çıxış” bloku Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanı baş nazir postuna namizəd irəli sürüb. Yeni baş naziri parlament seçməlidir. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının parlamentdə 58, onun müttəfiqi olan Daşnaksütun Partiyasının 7, Sarukyan blokunun 31, “Çıxış” blokunun 9 mandatı var.
Ancaq Ermənistanın növbədənkənar seçkiyə gedib-getməyəcəyi barədə müzakirələr də aktualdır. Hakim partiya tezliklə mövqeyini elan edəcəyini bəyanlayıb.
“Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, Respublika Partiyasının heç bir üzvü Ermənistanın baş naziri ola bilməz. Yəni Karen Karapetyanın baş nazir seçilməsinə və onun idarəçiliyi altında növbədənkənar parlament seçkilərinə gedilməsinə ”yox" deyib. Bu isə Ermənistanda keçirilən aksiyalara prosesin 10-cu günündə müdaxilə etməklə hadisələrin gedişini öz xeyrinə dəyişmək istəyən Kremlin ssenarisindən imtina edilməsi deməkdir. Mövcud siyasi üstünlüyü baxımından bu, Nikol Paşinyanın verdiyi düzgün qərardır". Bu sözləri Axar.az-a siyasi analitik Elçin Mirzəbəyli deyib..
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ermənistanda maraqlı hadisələr hələ irəlidədir: “Nikol Paşinyan Serj Sərkisyanı istefaya məcbur etdi. Ancaq bu hələ birinci mərhələnin sonudur. Paşinyan hakim Respublika Partiyasını və onun nümayəndəsi Karen Karapetyanı da tarixin arxivinə göndərmək istəyir. Bu isə asan deyil. Çünki Karen Karapetyan və illərdir hakimiyyətdə möhkəmlənən və bundan siyasi və iqtisadi dividentlər əldə edən böyük qruplaşma asanlıqla təslim olmaq istəmir. Karapetyan Paşinyanın ultimatumunu qəbul etmir. Bu isə o deməkdir ki, Ermənistanda məxməri inqilab davam edəcək. Paşinyan da bunda israrlıdır. Biz işğalçı dövlətdə növbəti gərgin mərhələləri seyr etməliyik”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək