Tarix: 08-04-2016 12:11 | Bölmə: Siyasət

"Rusiyanın baş naziri Dmitri Medvedevin Bakıya səfərinin arxasında Dağlıq Qarabağ məsələsi dayanır”.
Bu sözləri politoloq Qabil Hüseynli deyib.Q.Hüseynli bildirib ki, Azərbaycan tərəfi Ermənistanın işğalı altında olan 7 rayonun qaytarılmasına israr edir:"Ermənistan isə 5+2 variantına üstünlük verir. Yəni, işğal etdiyi 5 rayonu qaytarır, iki rayonun isə qaytarılması üçün Dağlıq Qarabağın statusunun o vaxta kimi tanınmasını israr edir. Amma Azərbaycan birmənalı olaraq torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsini ortaya qoyur”.
Q.Hüseynli bu məsələdə Rusiyanın ikibaşlı oyun oynamasını vurğulayır:"Danışıqlar prosesi sübut edir ki, Azərbaycan öz mövqeyindən çıxış edir. Nəticə nə olacaq, onu zaman deyəcək”(AzNews.az)
Qeyd edək ki, bu gün Rusiyanın baş naziri Dmitri Medvedevin Bakıya səfəri gözlənilir. O, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Artur Rasi-zadə ilə görüşəcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək