Tarix: 16-11-2015 12:12 | Bölmə: Siyasət

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-in "Hesabat” verlişinin qonağı olarkən Rusiyanın xarici işlər naziri
Sergey Lavrovun İrəvan səfərindən də danışıb.
N.Məmmədov
Dağlıq Qarabağ ətrafında işğal olunmuş bir neçə rayonun qaytarılacağı haqda yayılan məlumatlarla bağlı suala cavabında deyib ki, bununla bağlı mövqeyimiz dəyişmir və heç vaxt da dəyişməyəcək: "Məsələ burada hansı mərhələlərdən keçmək lazım olmasındadır. Ümumiyyətlə, "Madrid
prinsipləri”ndə bunların hamısı göstərilib. Azərbaycan ərazilərindən Dağlıq
Qarabağ ətrafındakı 5 rayonun qaytarılması bir mərhələdə ola bilər. Sonrakı
mərhələdə isə 2 rayonumuz qaytarıla bilər. Tarixi
hələ müəyyən olunmamış bir vaxtda isə azərbaycanlı məcburi
köçkünlərin Dağlıq Qarabağa qayıtmasından sonra, orada bir referendum keçirilə bilər.
Danışıqların nəticələrinin nədən ibarət olduğunu biz biləndən sonra
ona mövqe nümayiş etdirə bilərik”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək