Tarix: 07-03-2016 16:18 | Bölmə: Siyasət

Bu gün AŞPA-nın İnsan hüquqları və hüquqi məsələlər komitəsinin Parisdə keçirilən iclasında qurumun Azərbaycanla bağlı yeni məruzəçisi təyin olunub.
APA-nın Avropa bürosunun xəbərinə görə, belçikalı parlamentar Alen Destekse AŞPA sədri Pedro Aqramuntun yerinə Azərbaycanda insan haqları üzrə məruzəçi vəzifəsinə seçilib.
Qeyd edək ki,AŞPA-nın 2014-cü ilin iyun sessiyası çərçivəsində qurumun İnsan hüquqları komitəsində "AzərbaycanınAvropa Şurasında sədrliyi: Bunun insan haqlarına təsiri nə olacaq?” adlı sənəd qəbul olunmuşdu və bu məsələnin araşdırılması üçün Pedro Aqramunt Azərbaycanda insan hüquqları üzrə məruzəçi təyin edilmişdi. Bu ilin yanvarında Pedro AqramuntAŞPAsədri vəzifəsinə seçildiyindən, məruzəçi vəzifələrində fəaliyyətini dayandırıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək