Tarix: 19-07-2017 12:23 | Bölmə: Siyasət

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin (KP MK) Bürosu bəyanat yayıb.
Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev tərəfindən təqdim edilən bəyanatda deyilir ki, son zamanlar, xüsusən də manatın iki dəfə devolvasiyasından sonra respublika əhalisinin sosial vəziyyəti xeyli dərəcədə pisləşib:
"Belə vəziyyətdən ən çox ziyan çəkən əlillər olmuşlar. Məhz bu səbəbdən 06.06.2017-ci il tarixində bir qrup əlil olan şəxslər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirmışlər. Buna səbəb isə əlillərin aldıqları müavinatların çox aşağı olmasıdır. Ona görə də partiya xüsusi bəyanatla çıxış edib".
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu bildirir ki, respublikamızın malik olduğu təbii sərvətlərindən əldə edilən gəlirlər hesabına nəinki əlillərin, o cümlədən respublika təqaüdçilərinin və az təminatlı əhalinin aldıqları təqaüd və müavinatlarının artrılması mümkündür:
"Eyni zamanda Azərbaycan KP MK Bürosu qeyd edir ki, azyaşlı uşaqlar üçün respublikamıza gətirilən məhsullar və pal-paltarlar çox baha qiymətlə alıcılara təqdim edilir. Bu isə az təminatlı ailələr üçün problemlər yaradır.
Azərbaycan KP MK Bürosu əlillərin haqlı tələblərini dəstəkləməklə az yaşlı uşaqlar üçün gətirilən və istehsal olunan məhsullar dövlət himayəsinə götürülməsini və təqaüdçülərin, az təminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşdrılması istiqamətində tədbirlər görülməsini respublika hökumətindən tələb edir!".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək