Tarix: 08-06-2017 13:02 | Bölmə: Siyasət

İranın Azərbaycandakı səfirliyi İranda baş vermiş terror hadisəsi ilə bağlı açıqlama yayıb.
Səfirlik hadisəni pisləyərək bildirir ki, İran indiyədək bir çox acı hadisənin şahidi olub:
"Bu gün İran sabitliyə məhz terrorizmlə mübarizə və daxili təhlükəsizliyini qorumaq nəticəsində müyəssər olub. İran regionun ən sabit və demokratik ölkələrindən biridir.
Bu yaxınlarda İranda xalqın 73 faizdən çox hissəsinin iştirakı ilə təhlükəsiz şəraitdə seçkilər keçirilib. Ölkəmiz hər zaman regionda sülh və sabitliyin qorunmasına təkid edir. Son terror hadisəsini isə regionda sülh düşmənlərinin narahatlığı kimi analiz etmək olar. Bu hadisə İran İslam Respublikası dövləti və millətinin regionda izlədiyi sülh, təhlükəsizlik, əmin-amanlıq və inkişaf sahəsində ciddi iradəsinə heç bir mənfi təsir göstərməyəcək. İranın böyük milləti və millətin seçdiyi dövlət keçən illərdə olduğu kimi, indi də sülh və əmin-amanlığın möhkəmlənməsi, habelə terror qruplaşmaları ilə mübarizəni özünün haqqı sayır”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək