Tarix: 26-04-2017 13:16 | Bölmə: Siyasət

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını qəbul etmədiklərini, eyni zamanda ölkəsini təhdid edən PKK/YPG terrorçularına qarşı bundan sonra da sərt davranacaqlarını bəyan edib.
Hazırda Özbəkistanda səfərdə olan M.Çavuşoğlu AŞPA-nın bu qərarının qəbuledilməz olduğunu bildirib.
Nazir, AŞPA deputatlarını qərəzli və İslama qarşı olmaqda, eləcə də PKK-ya dəstək verməkdə ittiham edib:
"Biz hər zaman AŞPA ilə dost və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlıq etməyə maraqlı olmuşuq. Ancaq son zamanlar görünür ki, Avropanın bəzi ölkələrində islama olan baxış, irqçilik Avropanın bu qurumlarına da sirayət edib. Hələ bu qurumun deputatları arasında PKK terrorçularına açıq dəstək verənlər də var. Sözsüz ki, belə deputatların qərəzli, tərəfli yanaşmaları əsasında qəbul edilən hər hansı qərarı qəbul etmirik. Heç bir qurum Türkiyəyə qarşı belə təzyiq üsulları nəyəsə nail ola biləcəyini düşünməsin".
Çavuşoğlu Türk qırıcılarının İraqın Sincan bölgəsində PKK/YPG ünsürlərini bombalamasına ABŞ-ın verdiyi reaksiyaya da cavab verib:
"ABŞ və mütəffiqlərimizi, o cümlədən Rusiyanı həmin bombalanmadan düz iki saat qabaq həm diplomatik, həm də hərbi kanallarla məlumatlandırmışıq. Bildirmişik ki, Sincandan Türkiyəyə, onun xalqına, təhlükəsizliyinə təhdid var və vurulacaq. Daha sonra gərəyi nədirsə, o da baş verib.
O ki qaldı digər məsələlərə, biz həm İraqın, həm dəSuriyanın ərazi bütövlüyünü, süverenliyini bütün ölkələrdən daha çox istəyirik. Ancaq biz ölkəmizin də təhlükəsizliyini qorumaqda görəvliyik. Bunu mütəffiqlərimiz bilməli, PKK-nın digər bir qolu olan terrorçularla bağlılazımi ölçü götürülməsində bizə dəstək verməlidirlər".
Nazir Türkiyənin təhlükəsizliyinə təhdid olan hər hansı bir həmləyə bundan sonra da sərt cavab verəcəklərini bildirib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək