Tarix: 20-04-2017 13:35 | Bölmə: Siyasət

"Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. Azərbaycanın 20 faiz torpağı işğal olunub, bir milyondan çox qaçqınımız var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyi bizi razı salır. Səudiyyə Ərəbistanı, Pakistan Ermənistanı dövlət kimi tanımır. Türkiyə Ermənistanı tanısa da, onunla heç bir əlaqəsi yoxdur. Lakin bəzi müsəlman ölkələri Ermənistanla əlaqələr qurur, əməkdaşlıq etməyə cəhd edirlər. Bu isə islam həmrəyliyinə ziddir”.
APA-nın xəbərinə görə, Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasının (MŞ) Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda keçirdiyi konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək Azərbaycan torpaqlarının işğaldan azad olunmasını ləngidən amillərdən biridir: "İşğalçı ilə əməkdaşlıq etmək bir növ işğala haqq qazandırmaq deməkdir”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək