Tarix: 19-03-2017 14:21 | Bölmə: Siyasət

"Azərbaycan Cənubi Qafqazda açar rolunu oynayır. Hazırda bu ölkənin təşəbbüsü ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu ölkənizin bütün dinlərə hörmətlə yanaşdığını bir daha nümayiş etdirir".
Reyting.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Serbiyanın sabiq prezidenti Boris Tadiç deyib.
İldən-ilə Forumun əhəmiyyətinin artdığını, əhatə dairəsinin genişləndiyini vurğulayan sabiq prezident mühüm məsələlərin müzakirəsi, səmərəli dialoqun qurulması baxımından bu tədbirin önəmini xüsusi qeyd edib.
Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən Boris Tadiç belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakının Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini deyib: "Azərbaycanın Avropa İttifaqında istər siyasi, istərsə də mədəni sahələrdə sadiq dostları mövcuddur. Ölkənizin hər bir azərbaycanlının fəxr edə biləcəyi qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, adət-ənənələri var. Azərbaycan iqtisadiyyatı və əməkdaşlığa yönəlmiş səyləri ilə digər ölkələr üçün gözəl nümunədir”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək