Tarix: 09-03-2017 13:02 | Bölmə: Siyasət

AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə alt komitəsi Helsinki, Strasburq və Vyanada baş tutacaq görüşlərdən sonra öz işinə başlayacaq.
Bu barədə "Report"a müsahibəsində bu alt komitənin sədri Ştefan Şennax bildirib.
Onun sözlərinə görə, həmin görüşlərdə qurumun gələcək fəaliyyəti müzakirə olunacaq.
Alt komitənin rəhbəri kimi ilk olaraq hansı münaqişə zonasına gedəcəyi ilə bağlı sualı cavablandıran Ş.Şennax buna görüşdən sonra qərar veriləcəyini söyləyib:
"Avropada bir çox münaqişə mövcuddur. Buraya həm Kiprdəki köhnə münaqişə, həm SSRİ-nin dağılması dövründən qalan münaqişələr, həm də Krımdakı yeni münaqişə daxildir. Onların hamısını əhatə edə bilməyəcəyik, amma 3 əsas münaqişəyə köklənəcəyik".
Ş.Şennax əlavə edib ki, Helsinki görüşündə alt komitə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparmaq üçün ATƏT nümayəndələri ilə görüşəcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək