Tarix: 06-03-2017 15:31 | Bölmə: Siyasət

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov görüşüblər.
Rusiya XİN başçısı Sergey Lavrov iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu deyib. Nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.
Elmar Məmmədyarov da iki ölkə arasında münasibətlərin yüksək səviyyədə bildirib.
Nazirlər görüşdən sonra birgə mətbuat konfransı da keçiriblər.
Mətbuat konfransında Sergey Lavrov deyib ki, Rusiya müxtəlif formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün müvafiq həll yolları tapılmasına yardım edəcək.
"Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya həm Bakı və İrəvanla ikitərəfli əlaqələr çərçivəsində, həm də Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli görüşləri formatında tərəflər üçün məqbul həll yolları tapmaq məsələsində kömək göstərməyə davam edəcək",-deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin - ABŞ və Fransanın da iştirakı ilə ərsəyə gələn prinsipial yanaşmalar üzrə mümkün bütün addımları atır.
Rusiya XİN başçısı qeyd edib ki, prezidentlərimizin tapşırıqlarının yerinə yetirilməsi üzərində işləri davam etdirəcəyik.
Elmar Məmmədyarov isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi lazımdır.
Azərbaycan XİN başçısı rusiyalı həmkarının danışıqların substantiv olmasının zəruriliyi ilə bağlı fikirləri ilə razılaşıb: "Əsaslı danışıqlar qoşunların təmas xəttindəki gərginlik nəticəsində həlak olan hərbçilərin həyatını xilas edə bilər”.
E.Məmmədyarov Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının mütləq olduğunu da xatırladıb.
Eyni zamanda Azərbaycan XİN başçısı qeyd edib ki, Ermənistan tərəfinin ritorikası sülhə doğru etdiyimiz hərəkətə uyğun gəlmir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək