Tarix: 02-03-2017 11:54 | Bölmə: Siyasət

Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı mühüm görüşlər olub. Prezidentin bu səfəri çox böyük önəm daşıyırdı.
Reyting.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, iki dövlət arasında müsbət siyasi, iqtisadi münasibətlər vardır. Pakistan isə o dövlətlərdəndir ki, ədalətli yanaşmanın tərəfdarıdır: "Bu dövlət Azərbaycanın ərazi bütövlüyünün işğal altında olmasını rədd edir. Pakistan Ermənistanın işğalına "yox” deyən dövlətlərdəndir. Təbii ki, bu istiqamətdə də Azərbaycanın Pakistanla inkişaf edən münasibətləri bizim üçün çox önəmlidir. Bu baxımdan da Azərbaycanın Pakistanla maraqları üst-üstə düşür. Qarşılıqlı hörmət, münasibət və inkişaf xətti ilə olan bu əlaqələr Azərbaycan üçün bugünkü dönəmdə çox vacibdir. Ölkə rəhbəri Azərbaycanın marağında olan bütün məsələləri qaldırır və həyta keçirir. Bu baxımdan orada keçirilən ikitərəfli görüşlərin hamısı Azərbaycanın bu günü və gələcəyi üçün çox önəmli addımlardır”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək