Tarix: 20-02-2017 14:48 | Bölmə: Siyasət

Erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri "referendumu” özləri kimi separatçı bölgələrdən olan Abxaziya və Cənubi Osetiyadan izləyənlər var. Onlardan biri Abxaziya "parlamentinin sədr yardımçısı” Emma Qamisoniyadır.
Reyting.az-ın məlumatına görə, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, Abxaz separatçılarının nümayəndəsi Xankəndidə belə deyib: "Artsax əhalisi referendumda böyük həvəslə iştirak edir, məntəqələr dolub-daşır və bu bizi çox sevindirir. Bizi tarixi hadisənin şahidiyik, Artsaxın yeni konstitusiyası insan haqlarının qorunmasına (?!) böyük töhvədir”.

Mərkəz rəhbəri bildirib ki, bunu o separatçı qurumun nümayəndəsi deyir ki, ərazisi tamamən Rusiyanın siyasi, iqtisadi və hərbi nəzarətindədir:
"Rusiya Abxaziya və Cənubi Osetiyanı öz əlavəsinə çevirib, bu iki bölgədə qoşun birlikləri yerləşdirib, hələ prezident Vladimir Putinin müşavirlərindən biri tamamən bu iki bölgənin nəzarətinə məsuldur. Yəni sözümün canı odur ki, Abxaziyada vəCənubi Osetiyada Kremlin bir sözünü iki edən yoxdur. Əgər Kreml istəsəydi əlinin altındakı separatçıların nümayəndələrinə deyərdi ki, "Dağlıq Qarabağdakı referendumu izləməyiniz məsləhət deyil, oturun oturduğunuz yerdə”. Deməyib, tam əksinə, onların Dağlıq Qarabağa getmələrinə "yaşıl işıq” yandırıb”.
Politoloqun fikrincə, Dağlıq Qarabağdakı "referendumu” izləyən müşahidəçilərin əksəriyyətinin abzax və osetin separatçılarının təşkil etməsi, Rusiyanın özünün də bu "referendumda” marağından irəli gəlir, məqsəd Azərbaycanı Ermənistan kimi vassal etməkdir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək