15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
BAXCP sədri Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına məktub göndərib
Tarix: 03-10-2020 18:49 | Bölmə: Siyasət

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvlərinə və tərəfdaşlarına məktub ünvanlayıb.
Reyting.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli xanımlar və cənablar,
Azərbaycan ərazilərinin 20 faizini 28 ildir ki, işğal altında saxlayan Ermənistan Respublikasının silahlı qüvvələrinin çoxsaylı hərbi təxribatlarının qarşısının alınması, mülki əhalinin qorunması və işğala son qoyulması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatlarına başlamaq məcburiyyətində qalıb.
Əməliyyatların Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış qanuni ərazilərində keçirilməsinə baxmayaraq, Ermənistan hakimiyyəti əməliyyatların başlanma səbəbləri və mahiyyəti haqqında yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyəti yenidən aldatmağa səy göstərir.
Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası, qanuni ərazilərinin işğal altında olmasına baxmayaraq, işğalçı Ermənistanın silahlı qüvvələrinin fasiləsiz təxribatlarına 28 il müddətində adekvat cavab verməməyə çalışıb, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına sadiq qalıb, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin tam və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra ediləcəyinə ümid bəsləyib. Lakin bu illər ərzində işğalçı Ermənistan Respublikasının sülhə məcbur edilməsi və işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün həm BMT Nizamnaməsindən, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn vəzifələr icra olunmayıb, əksinə, bir çox hallarda işğalçıya işğala məruz qalandan daha humanist münasibət bəslənilib. Nəticədə isə Ermənistanın işğalı nəticəsində öz evlərindən köçkün düşmüş, işğalçı tərəfindən fundamental hüquq və azadlıqları pozulmuş 1 milyona yaxın Azərbaycan vətəndaşı uzun illər boyu məhrumiyyətlər içində yaşamağa məhkum olub.
2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra problemin həllinə müəyyən ümidlər yaransa da, işğalçı ölkənin yeni liderləri və hakimiyyət nümayəndələri sülh danışıqlarının pozulması, münaqişənin alovlanması üçün çoxsaylı təhrikçi hərəkətlərə, hərbi və siyasi təxribatlara əl atıblar.
Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinin dayanması, status-kvonun qorunması üçün təkidlə və israrla nə Azərbaycanın, nə də vasitəçilərin qəbul etməyəcəyi iddialarla çıxış edib, işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış qanunsuz hərbi rejimin tərəf kimi danışıqlar prosesində iştirakı tələbini irəli sürüb.
Ermənistan hakimiyyətinin təxribat xarakterli addımları bununla yekunlaşmayıb, baş nazir Nikol Paşinyan diqqəti Ermənistan daxilindəki dərin sosial-iqtisadi böhrandan və digər problemlərdən yayındırmaq məqsədilə fasiləsiz olaraq işğal altında olan Azərbaycan ərazilərinə səfərlər edib, “Qarabağ Ermənistandır” deyərək təhrikçi bəyanatlar verib, sülh danışıqlarının davam etdirilməsi üçün heç bir dialoq imkanı saxlamayıb.
Ermənistanın Müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “ərazi qarşılığında sülh formulunu dəyişdirdiklərini, bunun tam əksini edəcəklərini, yəni yeni ərazilər üçün yeni müharibəyə başlayacaqlarını” bəyan edib.
Bu ilin iyun ayının 12-də isə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və işğal altında olan digər 7 rayona heç bir aidiyyəti olmayan, Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşən Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədildiyi faktlarla sübuta yetirilmiş hərbi təxribata əl ataraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya atəşinə tutmuş, Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisini və bir mülki vətəndaşını qətlə yetirmiş, 4 nəfəri yaralamış, yaşayış evlərinə, təsərrüfatlara, infrastruktura ciddi ziyan vurub.
Bütün bunlardan sonra Ermənistan rəhbərliyi hərbi ritorikasını və təxribatlarını davam etdirmiş, işğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Respublikasının yaşayış məskənlərini iri və kiçik çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub, hərbçilərimiz, mülki vətəndaşlarımız qətlə yetirilib.
Yuxarıda haqqında söz açdığım hadisələrdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti Ermənistanın hərbi təxribatlarını davam etdirməsi və müharibəyə hazılaşması ilə bağlı BMT Baş Assambleyasının yüksək kürsüsündən BMT üzvü olan ölkələrə müraciət etmiş, onları işğalçı ölkəni dayandırmağa, işğala son qoyulması üçün sülhə məcburetmə mexanizmlərini işə salmağa çağırmışdır.
Lakin buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də növbəti hərbi təxribata əl atmış, nəticədə Azərbaycan Respublikası daha öncə haqqında söz açdığımız səbəblərdən öz torpaqlarındakı işğalçı qüvvələrin geriyə otuzdurulması üçün əks-hücuma keçmək məcburiyyətində qalmışdır.
Hörmətli xanımlar və cənablar,
Sizə müraciət etməkdə məqsədim baş verənlərin mahiyyətini olduğu kimi diqqətinizə çatdırmaq, Azərbaycanın BMT Nizamnaməsinə, beynəlxalq hüquqa söykənən haqlı, ədalətli mövqeyinə dəstək verməyinizi xahiş etməkdir.
Ümid edirəm, 28 ildən çoxdur ki, öz evlərinə qayıtmaq istəyən 1 milyona yaxın insanın taleyinə, Azərbaycan xalqının haqlı mücadiləsinə biganə qalmayacaq, beynəlxalq hüququn prinsiplərinin bərqərar olması üçün öz səsinizi ucaldacaqsınız”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək