Tarix: 11-02-2017 15:30 | Bölmə: Siyasət
"Azərbaycan ABŞ-la həmişə yaxşı münasibətlər qurmağa çalışıb, əməkdaşlıq edib”.
Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-da yeni administrasiya ilə bağlı münasibətləri şərh edərkən deyib.
O bildirib ki, bu proseslərdə Azərbaycanın dövlətçilik maraqlarının qorunması Azərbaycan prezidentinin əsas vəzifəsi olub: "Bunu da həmişə əsas proses kimi aparırıq. Bu nöqteyi-nəzərdən müəyyən məsələ ilə bağlı narazılıq olanda açıq demişik, mövqeyimizi bildirmişik.
ABŞ-la Azərbaycan arasında münasibətlər bu günə kimi çox yaxşı olub. Ötən il Azərbaycan prezidentinin ABŞ-a uğurlu səfəri oldu. Gözəl görüşlər keçirildi, əlaqələrimizin əhəmiyyəti bir daha qeyd olundu və davam etdirilməsi niyyəti bildirildi”.
Azərbaycan-ABŞ əlaqələrində elə bir problem olmadığını vurğulayan N.Məmmədov "Düşünürəm ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək, genişləndiriləcək”,-deyə bildirib.
O, dünyada sülhün, sabitliyin davam etdirilməsinin vacib olduğunu açıqlayıb: "Azərbaycan eləregionda yerləşir ki, kiçik dövlət olsa da, onun mühüm dövlət olması faktdır. Bu illərərzində böyük beynəlxalq layihələrinin həyata keçirilməsində təşəbbüskar aparıcı rol oynamışıq. Bu baxımdan enerji və nəqliyyat layihələrini qeyd etmək lazımdır. Azərbaycanla əməkdaşlıq etmək hər bir böyük dövlətin marağı çərçivəsindədir. Mən bu məsələdə optimistəm.
ABŞ-ın yenin prezidenti Donald Tramp müəyyən mənada prezidentlik konsepsiyasını açıqlayıb, əvvəl daxili proseslərə diqqət yetirəcəyini deyib və ardınca bəzi xarici siyasət məsələlərini ortaya qoyub. Düşünürəm ki, iki ölkə arasında münasibətlərin genişlənməsinə, möhkəmlənməsinə maneə yoxdur”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək