Tarix: 07-02-2017 10:54 | Bölmə: Siyasət
"Çox istərdik ki, Rusiya yenidən danışıqlara qayıtmaqla yanaşı, Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün də ciddi addımlar ataydı”.
Reyting.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Rusiyanın Qarabağ prosesi ilə bağlı fəallaşması Ermənistanın sürətlə zəifləməsindən irəli gəlir:
"Ermənistanın Azərbaycanın ərazi bütövlüyün tanımaması beynəlxalq hüquq normalarına zidd siyasətdir, bu, onun təcrid olunması, bir dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qalmasıdır. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası təkcə ölkəmizin hüquqlarının tanınması deyil, eyni zamanda, Ermənistanın dünyada mövcud olmasının ən vacib şərtidir. Görünür, Rusiya siyasi elitası artıq məhz bu baxımdan Ermənistanın müəyyən güzəştlərə getməsinin və əsasən danışıqlara üstünlük verməsinin vacibliyini önə çəkir”.
Danışıqların perspektivlərinə gəlincə, millət vəkili bildirib ki, Ermənistan danışıqlardan özünün "sülhməramlı” obrazını yaratmaq üçün istifadə edir:
"Bu gün İrəvan danışıqlarda birmənalı olaraq qeyri-konstruktivdir. Azərbaycan Rusiyanın yenidən danışıqlara qayıtmaqla bağlı təklifinə hörmətlə yanaşır, ancaq danışıqlar xətrinə danışıqlar keçiriləcəksə, inanmıram ki, Azərbaycan belə görüşlərə razılıq versin”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək