Tarix: 06-02-2017 17:12 | Bölmə: Siyasət

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, ALDP Şəhid Ailələr Komitəsi tərəfindən Qarabağ döyüşlərində şəhid olmuş Vaqif Həsənov adına mükafatın verilməsi və təşkilatı məslələr müzakirə olunub.
Ölkənin ictimai-siyasi vəziyyətindən söz açan ALDP sədri Fuad Əliyev bildirib ki, sosial problemlər gündən-günə dərinləşir: "Ölkənin baş bankiri Elman Rüstəmov deyir ki, dollar 2,5 manata olmayacaq. Bundan qabaq da deyirdi ki, dollar 2.0 manat olmayacaq, amma artıq 2.0 manatdır. Məncə dolların bu il yay aylarında 3.0 manat olacağını prognozlaşdırmaq üçün heç də iqtisadçı olmaq lazım deyil. Avropa oyunları və Formula-1 yarışlardan sonra manatın sürətlə devalvasiya olduğu bizim yadımızdadır. Bu il də İslam oyunları və nəzərə alsaq ki, Formula-1 hələ 9 il keçiriləcək onda manatın devalvasiyasının dəfələrlə olacağını, iqtisadi və sosial problemlərin lap aşağı səviyyəyə düşməsi bizi yaxın gələcəkdə gözləyir”.
İclasda ölkə başçısına müraciət də qəbul olunub.
Müraciətdə deyilir:
"İqtisadi və sosial problemlərin dərinləşməsi və manatın sürətlə devalvasiyasını nəzərə alaraq İslam oyunların hazırlıq işlərin dayandırılması, Formula-1 yarışından ümumiyyətlə imtina edilməsi və bu yarışlara sərf olunan milyonlarla vəsait vətəndaşların sosial problemlərinin həllinə, rifahın qaldırılmasına yönəltməsinə daha da məqsədəuyğun olardı”.
Daha sonra ALDP Şəhid Ailələr Komitəsi tərəfindən Qarabağ döyüşlərində şəhid olmuş Vaqif Həsənov adına mükafat Azərbaycan torpaqlarının bütövlüyü uğrunda fədakarlığına, milli mətbuatımızın inkişafında və mediada vətənpərvərliyin, qəhrəmanlığın təbliğində göstərdiyi xidmətlərinə görə, "Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyliyə təqdim olunması qərara alınıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək